19 fevral 2019, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - “Belə adamları işə buraxmayın!” - Baş epidemioloq “donuz qripi”ndən danışdı - MÜSAHİBƏ  
“Belə adamları işə buraxmayın!” - Baş epidemioloq “donuz qripi”ndən danışdı - MÜSAHİBƏ  
04.02.2019, 13:30

Qonşu Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayının artması, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 16 nəfərdə A (H1N1) virusunun aşkarlanması ilə bağlı açıqlaması əhali arasında narahatlıqlara səbəb olub. Səhiyyə Nazirliyinin Baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

- İbadulla müəllim, Azərbaycanda epidemiloji vəziyyət hansı səviyyədədir. Bugünədək “donuz qripi”nə yoluxanlar neçə nəfərdir?

- Azərbaycanda “donuz qripi” yoxdur. Epidemiloji vəziyyət tam nəzarətdədir.

- “Donuz qripi” yoxdur deyirsiz, bəs Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkədə 16 nəfərdə A(H1N1) virusunun təsdiqlənməsini necə izah edərdiz?

- Kənddə, rayonda olan insanın virusun hansı ştampda olmasının nə əhəmiyyəti var? Bu A virusunun törədicisidir, mövsümi qripdir, “donuz qripi” deyil.

 

- Amma qripə yoluxan insanlarda “bəlkə “donuz qripi”yəm”-, deyə şübhə və narahatlıqlar var. Ümumdünya Səhiyyə Təşkilatının sonuncu açıqlamasından sonra da bu narahatlıqlar artıb. Necə müəyyən edək ki, bizdəki “donuz qripi”dir, yoxsa adi mövsümü qrip? Əlamətləri necə fərqləndirək?

- Heç bir xəstə, heç bir insan bilə bilməz ki, o hansı virusla xəstələnib. Xəstəlik  yalnız laboratoriya üsulu ilə müəyyənləşdirilə bilər. Əgər hər hansı bir insan xəstəliyilə bağlı şübhələnirsə, poliknikalara, xəstəxanalara müarciət edə bilər. Xəstəliyi müəyyən etmək üçün boğazdan yaxma götürülür və laboratoriyada müayinə olunur. Müayinə nəticələri bəlli olandan sonra insanda hansı virusun olduğu müəyyənləşir. “Donuz qripi” də “insan qripi” də, “quş qripi” də necə adlandırılmasından asılı olmayaraq, mövsümi qripdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da var, bundan sonra da olacaq. Mən dünyada olmayandan sonra da olacaq.

 

- Bəs A(H1N1) nə virusudur? Axı Ümudünya Səhiyyə Təşkilatı bu xəstəliyin Azərbaycanda olduğunu təsdiqlədi? Həm Gürcüstanda ölənlər də bu virusdan ölüb...

- Kütləvi müayinə aparsaq, bu gün çox adamda A(H1 N1) virusu aşkarlanar. Həmin müayinəni lap Amerikada da aparsaq, çıxacaq. Burada təhlükəli bir məsələ yoxdur. Virus təbiətdə həmişə dövr edir və orqanizmi zəif olan insanları tez yoluxdurur.

- Risk qrupuna aid olanlar kimlərdir?

- Azyaşlılar, tibb işçiləri, 65 yaşdan yuxarı olan insanlar, hamilə qadınlar risk qrupuna daxildir. Bu insanlar diqqətli olmalıdır. Həmçinin, işdə, kollektivdə xəstə olan insanların işə gəlməməsini xahiş edin. Məcburən gəlibsə belə, maska taxsın. İmkan varsa, belə adamları ümumiyyətlə işə buraxmayın.

- Bəs bu xəstəliyin qarşısının alınması üçün hansı qabaqlayıcı tədbirləri görə bilərik?

- Çox sadə üsulla. Tarix boyu insanlar soyuqdəymə zamanı xalq təbabətindən istifadə ediblər. İndi şükürlər olsun ki, tibb inkişaf edib, yüksək şəkildə təchiz edilmiş səhiyyə müəssisələrimiz var. Əgər səhiyyə müəssisəsinə getməyə imkanları yoxdursa, sahə həkimini evə çağırsınlar. Sahə həkiminin verdiyi təyinata riayət etmək lazımdır. Doğurdan da insanda xəstəlik halı varsa, insan təcrid olunmalıdır. Xəstəni ayrıca otaqda təcrid etmək imkanınız yoxdursa, heç olmasa, ortadan bir pərdə çəkin. Xəstəyə qulluq edən insanlar mütləq maskalardan istifadə etsin. Xəstə özü və ona qulluq edənlər tez-tez əllərini sabunla yusunlar, otağın havasını dəyişdirsinlər, döşəməni silsinlər. Xəstənin hərarəti çoxdursa, mütləq həkim təyinatından sonra dərman pereparatlarından istifadə etsinlər. Həkimsiz heç bir müalicəyə başlanmamalıdır. Qrip havaların soyuması ilə bağlı yayılan bir xəstəlikdir. Mövsümi xəstəlik olduğu üçün soyuq havalarda daha tez şəkildə özünü biruzə verir.

- İbadulla müəllim, o zaman deyə bilərikmi ki, havalar isinməyə başlayanda bu xəstəlik səngiyəcək?

- İnşallah üzü marta doğru mütləq şəkildə qripə yoluxma azalacaq. Dünyanın bütün ölkələrində belə qaydalar var. Bundan sonra da olacaq. Azərbaycan səhiyyəsi, həkimlərimiz, Allah uzaq eləsin hər hansı epidemiya şəklində xəstəlik baş verərsə, onun qarşısını almaq iqtidarındadır. Heç kim, heç nədən narahat olmasın.

- Deyirsiniz, Azərbaycanda “donuz qripi” yoxdur. A (H1N1) virusu aşkarlananlar da sağalıb evlərinə buraxılıblar. Bəs qonşu Gürcüstanda xeyli insan bu qripdən dünyasını dəyişib. Siz isə deyrisiz narahat olmayın...

- Gürcüstanda yayılan da adi qripdir. O da A(H1N1) virusudur və mövsümü xarakter daşıyır. Allah ölənlərə rəhmət eləsin. Bizdə də epidemioloji vəziyyət o həddə çatsa, ölümə səbəb ola bilər. Gürcülər özlərini qorumayıblar. Xəstəliyi xroniki hala salıb, kəskinləşdirəndən sonra ölüblər. Həkimə gec müraciət ediblər. Bizimkilər ağıllıdırlar, özlərini qoruyurlar.

- Biz ölmək istəmirik hələ, ondandır yəqin...

- Əlbəttə.

- Rəsmi olaraq 1 saylı Kliniki Tibbi Mərkəzdə viruslu xəstələr üçün yer ayrıldığı açıqlandı. Hazırda Mərkəzdə neçə xəstə müalicə alır?

- Hazırda 3 yerdə -1 saylı Kliniki Tibbi Mərkəzdə, Ağciyər Xəstəlikləri İnstitutunda, 7 saylı Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasında xüsusi palatalar ayrılıb. 2006-cı ildə “quş qripi” təhlükəsi yarananda da xüsusi palatalar ayrılmışdı. Əgər doğrudan da kəskin hal yaranarsa, o xəstələr həmin xəstəxanlara yerləşdiriləcəklər. Amma hazırda buna ehtiyac yoxdur. Ayrılmış palatalarda heç bir təhlükəli, ağırlaşmış xəstə yoxdur. İnanın səmiyyətimə ki, “donuz qripi” ilə bağlı yayılanların hamısı şayiədir, narahatlıq üçün əsas deyil.

Bir haşiyə açım: hazırda çox adam jurnalistləri söyür, təhqir edir, eləcə də biz həkimləri. Amma mən deyirəm ki, Allah jurnalistlərin canını sağ eləsin. Yaxşı ki, varsınız, zəng edib narahatlıqlarınızı dilə gətirir, əhalini maarifləndirirsiniz.  


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hollandiya şirkəti Azərbaycanın sərhəd bölgələrində layihə həyata keçirə bilər – MÜSAHİBƏ
19.02.2019, 18:28

Hollandiya şirkəti Azərbaycanın sərhəd bölgələrində layihə həyata keçirə bilər – MÜSAHİBƏ

TAP layihəsi 85 faizdən çox icra olunub
19.02.2019, 18:25

TAP layihəsi 85 faizdən çox icra olunub

Netanyahu Putinlə görüşəcək
19.02.2019, 18:09

Netanyahu Putinlə görüşəcək

Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq
19.02.2019, 18:01

Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq

200 köçkün ailəsinə yeni mənzillər verildi - FOTOLAR
19.02.2019, 17:58

200 köçkün ailəsinə yeni mənzillər verildi - FOTOLAR

Ötən ildən axtarışda olan şəxs saxlanıldı
19.02.2019, 17:54

Ötən ildən axtarışda olan şəxs saxlanıldı

Məmmədyarov Avropa Komissiyasının rəsmisi ilə müzakirə apardı
19.02.2019, 17:38

Məmmədyarov Avropa Komissiyasının rəsmisi ilə müzakirə apardı

Rövşən Rzayev köçkünlərin problemlərini dinlədi
19.02.2019, 17:34

Rövşən Rzayev köçkünlərin problemlərini dinlədi

“Balkanlardakı türklər türkcənin varlığını qoruyur” - MÜSAHİBƏ   
19.02.2019, 17:27

“Balkanlardakı türklər türkcənin varlığını qoruyur” - MÜSAHİBƏ  

Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır
19.02.2019, 17:26

Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

Koçaryanın oğlu ifadə verməkdən imtina etdi
19.02.2019, 17:22

Koçaryanın oğlu ifadə verməkdən imtina etdi

Manatın sabahkı məzənnəsi dəyişir?
19.02.2019, 17:14

Manatın sabahkı məzənnəsi dəyişir?

Baş redaktor Britaniyanın Bakıdakı səfirliyinə getdi  
19.02.2019, 17:11

Baş redaktor Britaniyanın Bakıdakı səfirliyinə getdi  

İran Avrasiya İttifaqına qoşulacaq
19.02.2019, 17:08

İran Avrasiya İttifaqına qoşulacaq

“Bu tullantılarla dənizlər, göllər, meşələr, çaylar çirklənir”
19.02.2019, 17:05

“Bu tullantılarla dənizlər, göllər, meşələr, çaylar çirklənir”

Azərbaycanla sərhəddə kamikadze öldürüldü
19.02.2019, 16:59

Azərbaycanla sərhəddə kamikadze öldürüldü

Zabit Səmədov: “Çeçen və azərbaycanlılar arasındakı bugünkü görüş dövlət başçılarının təşəbbüsü idi”   
19.02.2019, 16:58

Zabit Səmədov: “Çeçen və azərbaycanlılar arasındakı bugünkü görüş dövlət başçılarının təşəbbüsü idi”  

Rumıniya Cənub Qaz Dəhlizinə qoşulur?
19.02.2019, 16:45

Rumıniya Cənub Qaz Dəhlizinə qoşulur?

Oqtay Şirəliyev ATU-nun yeni Tədris Mərkəzinə gəldi 
19.02.2019, 16:04

Oqtay Şirəliyev ATU-nun yeni Tədris Mərkəzinə gəldi 

Meksika rəsmisi Tərcümə Mərkəzində
19.02.2019, 16:04

Meksika rəsmisi Tərcümə Mərkəzində

“Nar” sosial şəbəkələrdən abunəçilərinə müştəri xidmətləri göstərir
19.02.2019, 16:00

“Nar” sosial şəbəkələrdən abunəçilərinə müştəri xidmətləri göstərir

İlham Əliyevin vəzifə verdiyi diplomat DANIŞDI: “Prezidentin Mərkəzlə bağlı bəzi tapşırıqları var”   
19.02.2019, 15:58

İlham Əliyevin vəzifə verdiyi diplomat DANIŞDI: “Prezidentin Mərkəzlə bağlı bəzi tapşırıqları var”  

ATƏT-in Baş katibi Bakıya gələcək
19.02.2019, 15:48

ATƏT-in Baş katibi Bakıya gələcək

Bakıda beynəlxalq forum işə başlayıb
19.02.2019, 15:47

Bakıda beynəlxalq forum işə başlayıb

UNEC-də “Akademik İngilis dili” kursları başlayacaq
19.02.2019, 15:28

UNEC-də “Akademik İngilis dili” kursları başlayacaq

Anar Kərimov nazir müavini oldu - TƏYİNAT
19.02.2019, 15:25

Anar Kərimov nazir müavini oldu - TƏYİNAT

Dövlət Agentliyi yollardakı son vəziyyəti açıqladı - SİYAHI   
19.02.2019, 15:09

Dövlət Agentliyi yollardakı son vəziyyəti açıqladı - SİYAHI  

Deputat hüquq müdafiəçilərinin Ramil Usubova müraciətini dəstəklədi
19.02.2019, 15:03

Deputat hüquq müdafiəçilərinin Ramil Usubova müraciətini dəstəklədi

Amerikada Elçin Xəlilovun qatilini tutdular
19.02.2019, 15:00

Amerikada Elçin Xəlilovun qatilini tutdular

“Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edildi
19.02.2019, 14:51

“Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edildi

Əflatun Amaşov: “Ağsu dolaylarında erməni radio dalğaları eşidilir”
19.02.2019, 14:47

Əflatun Amaşov: “Ağsu dolaylarında erməni radio dalğaları eşidilir”

“90-cı illərdə özünü lider hesab edənlər akivləşiblər” – Deputat sərt DANIŞDI
19.02.2019, 14:42

“90-cı illərdə özünü lider hesab edənlər akivləşiblər” – Deputat sərt DANIŞDI

İlham Əliyev keçmiş səfiri yeni vəzifəyə təyin etdi
19.02.2019, 14:42

İlham Əliyev keçmiş səfiri yeni vəzifəyə təyin etdi

Sumqayıtda mənzildə qadın meyiti aşkarlandı
19.02.2019, 14:37

Sumqayıtda mənzildə qadın meyiti aşkarlandı

Piştaxtasında siçan gəzən “Gəncə Cake House”ın fəaliyyəti DAYANDIRILDI
19.02.2019, 14:35

Piştaxtasında siçan gəzən “Gəncə Cake House”ın fəaliyyəti DAYANDIRILDI

Binəqədidə 12 dilənçi saxlanıldı
19.02.2019, 14:32

Binəqədidə 12 dilənçi saxlanıldı

Yaddaş düşüncələri... - VİDEO
19.02.2019, 14:32

Yaddaş düşüncələri... - VİDEO

Azərbaycanda yeni medal təsis edildi
19.02.2019, 14:18

Azərbaycanda yeni medal təsis edildi

Spiker deputata etiraz etdi: “Zəhmət çəkib hazırlaşsınlar”
19.02.2019, 14:09

Spiker deputata etiraz etdi: “Zəhmət çəkib hazırlaşsınlar”

“Qırıcı təyyarələr almaq istəyi lüzumsuz pul xərcidir” - Ekspert Yerevanı BİABIR ETDİ
19.02.2019, 14:08

“Qırıcı təyyarələr almaq istəyi lüzumsuz pul xərcidir” - Ekspert Yerevanı BİABIR ETDİ

Azərbaycanda reklam yerlərinin siyahısı genişləndirildi   
19.02.2019, 14:05

Azərbaycanda reklam yerlərinin siyahısı genişləndirildi  

“Bunların arxasında leş mafiyası durur” – Çingiz Qənizadə
19.02.2019, 14:04

“Bunların arxasında leş mafiyası durur” – Çingiz Qənizadə

Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlandı
19.02.2019, 13:42

Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlandı

Vəzifəlilər 700, hüquqi şəxslər 2500 manat cərimələnəcəklər - DƏYİŞİKLİK
19.02.2019, 13:40

Vəzifəlilər 700, hüquqi şəxslər 2500 manat cərimələnəcəklər - DƏYİŞİKLİK

Balakəndə heyvanlar peyvəndləndi
19.02.2019, 13:33

Balakəndə heyvanlar peyvəndləndi

Gəncədə sakinlər icra başçısına şikayət etdilər
19.02.2019, 13:29

Gəncədə sakinlər icra başçısına şikayət etdilər

Bakıda silahlı şəxs saxlanıldı
19.02.2019, 13:28

Bakıda silahlı şəxs saxlanıldı

İlham Əliyev Türkiyə parlamentinin azərbaycanlı deputatını qəbul etdi - YENİLƏNİB
19.02.2019, 13:26

İlham Əliyev Türkiyə parlamentinin azərbaycanlı deputatını qəbul etdi - YENİLƏNİB

Baş epidemioloq qripin artdığını təsdiqlədi: “Əyninizi qalın geyinin!”
19.02.2019, 13:19

Baş epidemioloq qripin artdığını təsdiqlədi: “Əyninizi qalın geyinin!”

“Kim söyüş söyürsə, həmin söyüşlər, onların özlərinə və ailələrinə aiddir” - Deputat
19.02.2019, 13:15

“Kim söyüş söyürsə, həmin söyüşlər, onların özlərinə və ailələrinə aiddir” - Deputat

ARXİV