Modern.az

BƏƏ səfiri: “Roma Papasının Azərbaycan səfəri...”

BƏƏ səfiri: “Roma Papasının Azərbaycan səfəri...”

4 Fevral 2019, 15:17

“Birləşmiş Ərəb Əmirlikləri başqalarına qarşı tolerantlığın, harmoniyanın, ehtiramın və qəbul etmənin bariz nümunəsidir. Bu baxış İslam dinindən, nəcib ərəb adət-ənənələrindən və dövlətimizin banisi Şeyx Zayed irsindən qaynaqlanır.  Müasir nəsil də bizim müdrik rəhbərliyin başçılığı altında bu dəyərlərin möhkəmləndirilməsində və onun davamlılığını dəstəkləyən tədbirlər yaratmaqda israrlıdır”.

 

Bunu Modern.az saytına açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri   Mohamed Alqubaisi deyib.

 

O bildirib ki, bu gün BƏƏ 200 müxtəlif millətə, 40-dan çox kilsəyə, Six və Buddist məbədlərinə ev sahibliyi edir.

“O da qeyd edilməlidir ki, bizim hökumət bu yaxınlarda  plüralizm və tolerantlığın BƏƏ modelini dəstəkləyən unikal qurum olan Tolerantlıq Nazirliyini təsis etmişdir”-deyə səfir qeyd edib.

Söyləyib ki, BƏƏ yalnız öz ərazisində deyil, eləcə də qlobal şəkildə ibadət azadlığı və dinlərarası mübadiləyə tərəfdar çıxmaqdadır.

Səfir Roma Papası Fransiskin BƏƏ-yə səfərini də şərh edib.

 

“Bu səfər bütün dünyaya güclü bir mesajdır. Nəcib məqsədlər güdür, necə ki, əsl həqiqi inanc heç zaman nifrət barəsində olmayıb.

“Roma Papası Fransisk  BƏƏ-yə Əbu Dabi Vəliəhdi Zati-Aliləri  Şeyx Mohammed bin Zayed Al-Nahyan tərəfindən dəvət edilib.

 

Roma Papası BƏƏ-yə "çoxlarının fərqliliklər baxımından azad işləmək, yaşamaq üçün təhlükəsiz yer tapan fərqli sivilizasiya və mədəniyyətlər arasında birgə yaşama, insanlıq qardaşlığı, görüş yeri modeli olmağa çalışan torpaq" kimi ehtiram göstərib. Bu səfər, Roma Papasının qeyd etdiyi kimi, fərqliliklərimizə baxmayaraq, hamımızın qardaş olmasını təsdiqləyir.

 

Biz Roma Papası Fransiskin qardaş ölkə Azərbaycana etdiyi tarixi səfəri xatırlayırıq. Burada o, Azərbaycanın dini tolerant mühit yaratmasını və geniş şəkildə ekstremizmə yad cəmiyyətin yetişdirməsini yüksək dəyərləndirib.

 

Bu faktları vurğulayaraq, bütün dünyada sülh şəraitində birgə yaşayış üçün dinlərarası dialoqun vacibliyinə əminliyimizi bir daha ifadə edirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı