Hər kəs gözlənilməz, bəzən cavab vermək istəmədiyi, bəzən isə cavablandırmağa çəkindiyi suallarla qarşılaşa bilər. Əgər maraqlı, düşündürücü, bir o qədər də əhəmiyyətli suallar ətrafında fikirləşiriksə, hərdən də elə suallar eşidirik ki, “nə dəxli var?” deyib, yola verməyə çalışırıq.
Modern.az saytına yeni rubrikaya start veririk. “Tərs sual” adlanın rubrikada iştirakçılar gözləmədikləri suallarla qarşı-qarşıya qalacaqlar. Qəfil suallara cavablar təbii ki, maraqlı olacaq.
Rubrikmızın ilk iştirakçıları da onlara ünvanladığımız suala cavabı xeyli düşündülər və səsləndirdilər.
Beləliklə: İndiyə qədər əlinizə aldığınız ən yüksək məbləğdə pul nə qədər olub?
Elə ilk olaraq, jurnalist həmkarlarımızdan başlayaq. Jurnalist Naibə Qurbanova deyib ki, əlinə gələn ən çox pul 10 min manat olub:
“Rəfiqəm ən etibarlı “əmanət bankı” kimi məni seçmişdi. Nominalına görə ən çox pulu həyat yoldaşım verib - 52 min - rus rublu ilə. Ən böyük qacancım isə ilk əmək haqqım idi – köhnə pulla 20 min manat, el dili ilə desək, “iki şirvan” qonorarım olub”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədli bir dəfə əlinə 65 min dollar alıb:
“Rusiyada yaşayan, ora vətəndaşı olan bir qohumum Bakıda mülk almaq istəyirdi. Ərazinin torpaq sahəsi də olduğundan və Azərbaycan qanunları başqa ölkə vətəndaşının torpaq almasına icazə vermədiyindən həmin mülkü mənim adıma almışdıq. O zaman mənə pul göndərmişdi, mən də həmin mülkün alınması üçün aparıb bank hesabına köçürmüşdüm”.
Millət vəkili Tahir Kərimli də səmimi cavabı ilə seçildi. Tahir Kərimlinin əlinə aldığı ən yüksək məbləğdə pul 1990-cı illərdə olub:
“İndiki manatın nominalı ilə əlimə aldığım ən yüksək məbləğdə pul 10 min manat olub. Amma 1990-cı illərdə təxminən 5 ildən artıq işləyib, qazandıqlarımdan topladığım məbləğ əski manatın nominalı ilə 100 min manat olub. Onun 83 min manatını Azərbaycan Xalq Cəbhəsi Partiyasının İsmayıllı rayon şöbəsinin rəhbərlərinə verdim. Həmin pula Ukraynadan mərmi alınıb, Azərbaycana gətirildi. O dövr Azərbaycan üçün çox çətin zamanlar idi və hərbi dəstəyə ehtiyacımız yaranmışdı. Açığını deyim, həmin pula ata-baba yurdumda ev tikmək istəyirdim. 100 min manatın 17 min manatını isə digər xərclərə sərf etdim. Nəticədə özümə bir qəpik də qalmadı”.
Tanınmış şair, publisist Aqşin Yenisey:
“Bilmirəm, bu sualı nə üçün verirsiniz, madam ki, soruşursunuz, deyim. Mənim əlimdə indiyədək tutduğum ən böyük məbləğ əmimin qazancı olub - 150 min dollar. Bakıda ev almışdıq, mən uzun müddət o evdə yaşadım, Rusiyada rubl ucuzlaşanda satdıq. Öz qazandığım ən böyük məbləğ isə 5000 manat olub - bir kitabıma verilən qonorar”.
Məşhur şair Rüstəm Behrudinin sözlərinə görə, onun üçün pul önəmli bir şey deyil:
“Çünki mən kiçik şeylərə qane olan adamam! Ən çox qonorarı "Yazıçı" nəşriyyatında çap olunan, sonradan yasaqlanan "Şaman duası" kitabına görə almışdım! Dəqiq rəqəm xatırlamasam da, bir maşın alacaq qədər çox pul idi!”.
Adətən, peşəkar idmançılarımız da beynəlxalq yarışlarda Azərbaycanı təmsil etdiklərindən yaxşı qazanc əldə edənlər sırasında olurlar. Boksçu Fariz Məmmədov da dünya çempiyonluğuna qədər yüksəlmiş və yaxşı qazanc əldə etmiş idmançılardandır:
“İndiyə qədər qazandığım ən yüksək məbləğdə pul elə son döyüşümdə aldığım məbləğ olub. Dünya çempionu olduğuma görə 100 min avro qazanmışdım. Bu günə qədər döyüşlərdən qazandıqlarımı bir yerə yığsaq, rəqəm böyükdür, amma birdəfəyə qazandığım ən yüksək məbləğ bu idi”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə əlinə aldığı ən yüksək məbləği xatırlamaqda çətinlik çəkir:
“Düzünü desəm, anidən düşünəndə adamın ağlına gəlmir ki, əlinə aldığı pul nə qədər olub. Evimiz plana düşəndə 350 min manat kompensasiya ödənilmişdi. Əvvəlki manatın nominalı ilə. Mən onu bankdan götürüb, köçəcəyimiz evin ödənişinə verdim. Əlimə aldığım ən yüksək məbləğ bu olub. Pulla bağlı fəaliyyətim olmadığına görə, yüksək məbləğ xatırlamaqda çətinlik çəkirəm”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əlinə aldığı ən yüksək məbləğ balıqçılıq naziri işlədiyi dövrdə aldığı maaş olub:
“Bu, o vaxtın pulu ilə təxmini 1200-1500 manat təşkil edirdi. Təbii ki, o zaman manatın nominalını nəzərdə tuturam. Amma ondan sonra elə böyük məbləğdə pul görməmişəm. Mənə əmanət edib, pulumu saxla deyən də olmayıb. Hardadır, bizdə o bəxt?!”.
Müğənni Elza Seyidcahan da pul barəsində nə isə deməyi, açıqlamalar səsləndirməyi xoşlamır:
“Pul gəldi-gedər bir şeydir. Əlimə dəyən ən yüksək, ən dəyərli şey təmiz, ləyaqətli şəxsiyyətlərin əlləridir. Mənim müəllimlərimin, əzizlərimin, dəyərli, sadə insanların əllərimə dəyən nurani əlləri çox qiymətlidir. Pul isə əl çirkidir. Heç vaxt böyük məbləğ dedikdə pul yada düşməməlidir. Nurani, fəxr ediləsi şəxsiyyətlərin önəmi bizim üçün həmişə yüksəkdə olmalıdır”.
Araşdırmaçı jurnalist Təbriz Vəfalı əlinə aldığı ən yüksək məbləğdə pulu jurnalist müsabiqələrindən qazanıb:
“Keçən ilin yayında 2500 manat qazanmışdım. Əlimə aldığım ən yüksək məbləğdə pul bu olub. Bir müsabiqədə öz yerimə və başqa jurnalistlərin yerinə məqalələr yazmışdım. 4 müsabiqənin hamısında əməyim olan yazılar qalib oldu və mən qazandım”.
Nəhayət, hər katerqoriyada insanın fikrini öyrənməyə çalışdığımız üçün, tələbə dostumuza da müraciət etdik. Bakı Dövlət Universitetinin tələbəsi Səbinə Qurbanovanın indiyə qədər əlinə aldığı ən yüksək məbləğ 2 min manat olub:
“Pulu ali məktəb ödənişim üçün ailəm göndərmişdi. 1600 manatını ödənişə, digər 400 manatı isə kirayə və şəxsi xərclərimə sərf etməli idim. Bu indiyə qədər birdəfəyə əlimə aldığım ən yüksək məbləğ olub”.
P.S. Növbəti sualımızı gözləyin...
Dağıntılar altında qalan daha bir işçinin cəsədi çıxarıldı
Qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirdi
Masallıda zəlzələ oldu
Sirkə turşusu içərək özünə qəsd etdi
Ceyhun Bayramov Ankarada azərbaycanlı tələbələrlə görüşdü
Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO
Azərbaycan nefti bahalaşdı
Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı - VİDEO
Türkiyə ilə İran arasında yeni nəzarət-buraxılış məntəqəsi açılıb
Güclü külək Şamaxıya da ziyan vurdu
Bakıda 26 yaşlı oğlan itkin düşüb
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur
Güclü külək Mingəçevirdə fəsadlar törətdi
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev
Deputatdan azərbaycanlılarla çeçenlərin davası barədə bəyanat
Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ
Dəmir yolu ilə yük daşımaları artıb
“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç
Sensasiya! - “Armani” daşnak firmasıdır - Əməkdar jurnalistdən SOS siqnalı
Suriyada partlayış: 9 ölü
Naxçıvan döyüş hazırlığı vəziyyətinə gətirildi
Bakıda işə gedən kişi itkin düşdü
Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı
"Buta Airways"ın təyyarəsində nasazlıq yarandı
Əhalinin gəlirləri 6%-dən çox artıb
99 dövlət əmlakı özəlləşmədə - VAXT
Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video
Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR
Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI
Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı
“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım
Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO
İlk verilişin ilk təəssüratı
Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir
Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər
Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO
Şəmkirdə qızına təcavüz edən ata həbs olundu
İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI
Tələbələr 9 quruma təcrübəyə göndərildilər
Koçaryanın oğluna qarşı da cinayət işi açıldı
Manatın sabaha olan məzənnəsi
Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?
Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU
“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı
Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi
Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü
Şərh yaz