Modern.az

Rəsmi İrəvan danışıqların nəticəsinə ümidlidir

Rəsmi İrəvan danışıqların nəticəsinə ümidlidir

4 Fevral 2019, 22:07

“Ermənistan Qarabağın təhlükəsizliyinin qarantıdır, o, danışıqlarda iştirakı qəbul edir və buna davam edəcək. Ermənistan və Azərbaycan dövlət başçılarının görüşünə gəlincə, tələsmək lazım deyil. Biz bu prosesi elə aparmaq istəyirik ki, nəticə olsun və əmin olaq ki, növbəti addımla dinamikanın saxlanılmasına nail olacağıq”. Modern.az xəbər verir ki, bu fikirləri mediaya açıqlamasında Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan Baş nazir N.Paşinyanın “Ermənistan konflikt tərəfidir” sözlərinin reallığı əks etdirib-etdirmədiyi barədə suala cavab olaraq deyib.

 

 

“Dinamika hazırda saxlanılırmı” sualına Zöhrab Mnatsakanyan müsbət cavab verib: “Əgər məndən soruşursunuzsa, inanıram ki, səhv etmirəm - bəli, saxlanılır”.

 

“Azərbaycan XİN-in danışıqlardan çıxma bəyanatı təhdid sayılırmı” sualına Mnatsakanyan “Biz işləməyə davam edirik, qoy, onlar düşünsünlər”,- deyə cavab verib.

 

Qeyd edək ki, Paşinyanın “Sülh naminə ərazilər”in müzakirə olunmadığı barədə açıqlamasına Azərbaycan XİN kəskin reaksiya vermişdi.

 

“Hamının bildiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların əsasında məhz Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılması dayanır. Belə halda sual yaranır: Cənab Paşinyanın mövqeyi danışıqlardan imtina etmək anlamına gəlir?” – XİN sözşüsünün açıqlamasında bildirilirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?