Modern.az

Rüstəm İbrahimbəyov Bakıya gələcək

Rüstəm İbrahimbəyov Bakıya gələcək

5 Fevral 2019, 11:36

“Doğum günümü adi qaydada keçirirəm. Səhər yeni açılıb. Təbrik edənlər artıq var. Azərbaycandan təbrik edənlər daha çoxdur. Hər kəsə diqqətinə görə təşəkkür edirəm”.

 

Bunu Modern.az-a açıqlamasında  tanınmış kinorejissor Rüstəm İbrahimbəyov 80 illik yubileyi ilə bağlı danışarkən deyib.

O, Bakı üçün darıxdığını da dilə gətirib.

 

“Bakı üçün çox darıxıram. Bəlkə bu yaxınlarda Azərbaycana gəldim”

Tanınmış kinorejissor yaradıcılığından da söz açıb.

 

“Bu gün teatrda təzə pyesimin premyerası baş tutacaq. Ümumilikdə tamaşalarıma Rusiyada yaşayan azərbaycanlılar daha çox gəlir”

 

Qeyd edək ki, bu gün kinorejissor Rüstəm İbrahimbəyovun 80 yaşı tamam olur. O, 1939-cu ilin bu günündə Bakıda doğulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi