Modern.az

Səudiyyə Ərəbistanı “Əl Qaidə”yə silah satır – İTTİHAM

Səudiyyə Ərəbistanı “Əl Qaidə”yə silah satır – İTTİHAM

5 Fevral 2019, 12:24

Səudiyyə Ərəbistanı ABŞ-dan aldığı silahların bir qismini “Əl Qaidə”yə satır. Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.

 

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin “Əl Qaidə” və ona bağlı silahlı qruplaşmalara çoxlu sayda silah satdığı, bu silahların əsasən Yəməndəki radikal sələfi qruplaşmaların əlinə keçdiyi iddia olunur.

 

Digər tərəfdən, İrana bağlı husilər də Yəməndəki döyüşlər zamanı ABŞ silahlarının bir qismini ələ keçiriblər və hərbi texnologiyanın öyrənilməsi üçün həmin silahları İrana ötürüblər.

 

CNN iddia edir ki, 2017-ci ildə ABŞ-ın terrorçu kimi tanıdığı “Əbu Abbas” qruplaşması ərəblərdən Oshkosh M-ATV zirehli döyüş maşınlarını, TOW döyüş kompleskini “Əl Qaidə”yə satılıb.

Pentaqon bu faktı təsdiqləyib və daxili araşdırmanın aparıldığını etiraf ediblər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər