Modern.az

Hətta 2023-cü ildən sonra da “Formula 1”in Bakıda keçirilməsi uzadıla bilər

Hətta 2023-cü ildən sonra da “Formula 1”in Bakıda keçirilməsi uzadıla bilər

5 Fevral 2019, 12:51

““Formula-1” yarışlarının növbəti dəfə daha 3 il Bakıda keçirilməsi barədə qərar imkanları genişləndirən bir həll yoludur”.

Modern.az xəbər verir ki, bu sözləri “Formula-1 Qrupu”nun baş icraçı direktoru Çeyz Keri deyib:

“Ona görə hesb edirəm ki, bu vaxt çərçivəsi çox yaxşı qərardır. Biz zamanla buna yenidən baxa bilərik, əgər ehtiyac yaranarsa yenidən artırıla bilər”.

Çeyz Keri Azərbaycanın Formula 1 yarışı üçün ideal məkan olduğunu bildirərək deyib: “Çox şadıq ki, bu müqaviləni yeniləməklə biz Azərbaycan Qran-Prisini daha bir neçə il ərzində Formula 1 dünya çempionatında görə biləcəyik. Bakı yarışı gərgin mübarizə və həyəcan dolu anlarla çox qısa müddətdə mövsümün ən məşhur Qran-prilərindən birinə çevrildi. Azərbaycan daim yüksək qonaqpərvərlik nümayiş etdirir. Gözoxşayan Bakıda isə mükəmməl yarış üçün möhtəşəm ab-hava hökm sürür. Bu baxımdan bütün avtoidman həvəskarlarını çox maraqlı yarışı qaçırmamaq üçün Formula 1 Azərbaycan Qran-Prisinə baxmağa dəvət edirəm”.


Bakıda ilk dəfə Formula 1 Qran-Prisi 2016-cı ildə təşkil olunub. Baxımlılığı ilə seçilən Bakı yarışı həmişə ilin ən yaxşı Qran-priləri arasında yer alır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı