Modern.az

Azərbaycan və Ermənistan XİN rəhbərləri bu ay görüşə bilər

Azərbaycan və Ermənistan XİN rəhbərləri bu ay görüşə bilər

5 Fevral 2019, 15:54

Ermənistan və Azərbaycan XİN rəhbərləri Münhen Təhlükəsizlik Konfransinda iştirak edə bilər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə XİN mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan açıqlama verib.

 

“Zoqrab Mnatsakanyan Münhendəki konfransa qatılacaq. Bizdə olan məlumata görə, Elmar Məmmədyarov da həmin konfransda iştirak edəcək. XİN rəhbərləri görüşləri öncədən razılaşdırır. Əgər belə bir razılıq olarsa, məlumat veriləcək”.

 

Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 16-18 tarixlərində baş tutacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir