Modern.az

Komaya düşən baş redaktor əməliyyat olunub - Xanımı DANIŞDI  

Komaya düşən baş redaktor əməliyyat olunub - Xanımı DANIŞDI  

5 Fevral 2019, 17:27

Mediapress İnformasiya Agentliyinin komaya düşən baş redaktoru Natiq Qocaman hələ ayılmayıb.

Bu barədə Modern.az-a baş redaktorun həyat yoldaşı, jurnalist Könül Aypara məlumat verib. O xatırladıb ki, həyat yoldaşı ötən gün beyin əməliyyatı keçirib:

“Əməliyyat dünən baş tutdu. Natiqin beynində sıxılma var idi. Beyin mərkəzinə maye yığılmışdı. Əməliyyatla maye çəkildi. Həkimlər əməliyyatdan sonra müxtəlif sakitləşdirici dərmanlar tətbiq edirdilər. Artıq sakitləşdiricilərin verilməsi dayandırılıb. Əlimiz, qolumuz bağlı, sadəcə dua edirik və ayılmasını gözləyirik”.

Könül Aypara qeyd edib ki, baş redaktorun əməliyyatı da, müalicələri də Azərbaycanda – Mərkəzi Klinik Xəstəxanada aparılıb:

“Amma analizin nəticələrini Türkiyəyə də göndərdik. Türk həkimlər də, azərbaycanlılar da eyni diaqnozu qoyublar. Əgər beyinin ətrafına maye yığılmış olsaydı, müdaxilə etmək daha asan olardı. Amma Natiqin beyin kötüyünə, tam mərkəzə maye yığılıb. Ona görə, həkimlər də dəqiq nə isə deməyə çətinlik çəkirlər. Hələlik gözləyirik.

Ayıldıqda mərhələli şəkildə müalicə davam edəcək. Hər gün tomoqrafiya aparılır. Vəziyyətində nə geriləmə, nə də irəliləyiş var, stabil qalıb”.

Qeyd edək ki, Natiq Qocaman uzun müddət ”Oxu məni” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində çalışıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub