Modern.az

Ukraynada partiya sədrinə qarşı cinayət işi açıldı

Ukraynada partiya sədrinə qarşı cinayət işi açıldı

5 Fevral 2019, 17:32

Ukrayna Baş Prokurorluğu “Müxalifət Platforması-Həyat Naminə” partiyasının siyasi şurasının sədri, “Ukrayna Seçimi – xalqın hüquq” ictimai hərəkatının rəhbəri Viktor Medvedçuka qarşı cinayət işi açıb.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Medvedçuk barəsində “ərazi bütövlüyünə qəsd” və “vətənə xəyanət” maddələri ilə cinayət işi açılıb.

 

Xatırladaq ki, rusmeylli siyasətçi kimi tanınan Medvedçuk Ukraynanın tərkibində Donbas regionu üçün muxtariyyət tələb etmişdi.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?