Modern.az

ETSN: Meşələrdə icazəsiz meyvə yığımına görə əvvəllər də cərimə var idi

ETSN: Meşələrdə icazəsiz meyvə yığımına görə əvvəllər də cərimə var idi

Aktual

5 Fevral 2019, 20:01

Meşələrdə yabanı meyvələrin icazəsiz yığılmasına görə ziyanın və cərimənin tətbiqi əvvəllər də mövcud idi. Nazirlər Kabinetinin 2004-cü il tarixli 145 nömrəli qərarına görə, cərimələr müəyyən edilmişdi. Meşələrin İnkişafı Departamentinin direktor müavini Ağaqardaş Qaraşov Modern.az-a bildirib ki, hazırda sadəcə həmin qərara dəyişiklik olunub və cərimələrin məbləği artırılıb.

Son 14 il ərzində cərmələrin məbləği çox aşağı olub. Cərimələrə edilən dəyişiklik meşələrin qorunub mühafizə olunmasına və təqsirkar şəxslərin maddi məsuliyyətinin artırılmasına, meşə fonduna vurduqları faktiki ziyana uyğunlaşdırılmasına xidmət edir.

Meşə ehtiyatlarının mühafizəsi sahəsində səmərəli mexanizmin tətbiq olunması, meşələrə olan müdaxilələrin qarşısının alınması üçün bu qərar mühüm əhəmiyyət kəsb edir.

Qərara edilən yeni dəyişikliklərə əsasən  meşə ərazilərində icazəsiz yığılan meşə sərvətlərinin hər kiloqramı üçün cərimə məbləği 3 dəfəyədək artırılıb. Məsələn, İtburnu, şabalıd, fındıq və dərman bitkilərinin icazəsiz yığılması  üçün əvvəl cərimə 80 qəpik idisə, indi 2 manatdır. Çaytikanı, qoz üçün tətbiq edilən cərimə  əvvəl 1 manat 20 qəpik idisə, indi 3 manatdır.

Ümumiyyətlə, meşə ehtiyatlarının bütün parametrləri üzrə cərimələr artırılıb.  Belə ki, mal-qara otarılması, ot çalınması, ağacların və kolların zədələnməsi və s.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı