Modern.az

Yunanıstanın baş naziri Türkiyədə

Yunanıstanın baş naziri Türkiyədə

6 Fevral 2019, 00:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 5-də Türkiyəyə səfər edən Yunanıstan baş naziri Aleksis Çiprası qəbul edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir  ki, tərəflər bağlı qapı arxasında görüşüblər.

 

Hələlik görüşdə müzakirə olunan məsələlərlə bağlı ətraflı məlumat açıqlanmayıb.

 

Bununla belə, Ərdoğanın “Terrorizmə qarşı ortaq mövqe sərgiləməliyik, FETÖ-çü qiyamçıların təhvil verilməsini gözləyirik” dediyi məlum olub.

 

Türkiyə prezidenti həmçinin bildirib: “Yunanıstan ilə aramızdakı bütün məsələlərin həqiqət təməlində, sülh yolu ilə həll ediləcəyinə inanıram”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir