Modern.az

Türkiyə hərbi gəmiləri bu körfəzdə daha bir il üzə biləcək

Türkiyə hərbi gəmiləri bu körfəzdə daha bir il üzə biləcək

Dünya

6 Fevral 2019, 00:53

Türkiyə Silahlı Qüvvələrinin hərbi gəmilərinin Ədən körfəzində üzmə müddəti daha bir il uzadıldı. Modern.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisi qərar qəbul edib. Bildirilir ki, Türkiyə bayrağı ilə üzən və bu ölkəyə bağlılığı olan mülki gəmilərin təhlükəsizliyini təmin edən hərbi gəmilər Ədən körfəzində fevralın 10-dan başlayaraq daha bir il fəaliyyət göstərəcək.

 

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı əsasında Türkiyənin hərbi gəmiləri Ədən körfəzi, Somali suları və Ərəb dənizi ərazisində təhlükəsizlik missiyası həyata keçirir.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı