Modern.az

Şagirdlərin İnternetdə zərərli saytlara daxil olmasının qarşısı alınacaq

Şagirdlərin İnternetdə zərərli saytlara daxil olmasının qarşısı alınacaq

14 Dekabr 2009, 16:06

Azərbaycanda məktəblilərin İnternetdə zərərli saytlara daxil olmaq imkanları məhdudlaşdırılır. Modern.az-ın məlumatına əsasən, Təhsil Nazirliyinin İnternetdən istifadə məsələləri üzrə Şurası 30 kateqoriya üzrə saytın filtrasiyasının aparılması barədə qərar qəbul edib. Bu barədə İKT İnformasiya Mərkəzinin məlumatında bildirilir.

Qərar 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində kontent təhlükəsizliyinin təminatı üçün qəbul edilib.

Websense proqramı məktəblilərin və tələbələrin psixi və mənəvi durumunun müdafiəsi, həmçinin gənc nəslin sağlam böyüməsinə zərər vuran məlumatlara daxil olmanın məhdudlaşdırılması məqsədilə tətbiq edilir.

İnternet resurs qadağan edilmiş kateqoriyaya aiddirsə, Websense proqramı avtomatik olaraq bütün saytları filtrasiya edir, ona daxil olmaq məhdudlaşır. Həmçinin video və audio fayllara, axtarış sistemində müxtəlif dillərdə 60 kateqoriya üzrə sayta daxil olmaq məhdudlaşır.

 

Bu prossin həyata keçirilməsi üçün Böyük Britaniya, ABŞ, Rusiya və Estoniyanın təcrübəsindən istifadə olunur.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir