Modern.az

Makron 24 apreli “erməni soyqırımı”nı anma günü elan etdi

Makron 24 apreli “erməni soyqırımı”nı anma günü elan etdi

6 Fevral 2019, 09:48

Fransa prezidenti Emmanuel Makron, 24 apreli qondarma erməni soyqırımını anma günü elan edib.

 

Modern.az-ın məlumatına görə, Fransa 1915-ci il hadisələrini 2001-ci ildə soyqırımı kimi tanıyıb. Makronun 2017-ci ildə seçki öncəsi vədlərindən biri, 24 apreli rəsmi anma günü halına gətirmək idi. O, ötən gün Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının rəsmi qəbulunda çıxış edərək, 1915-ci il hadisələrini Osmanlı İmperiyasında yaşayan ermənilərin amansızlıqla öldürülməsi kimi qiymətləndirib.

 

E.Makron bu addımı ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı əvvəlcədən məlumatlandırdığını diqqətə çatdırıb və vurğulayıb ki, İŞİD-ə qarşı mübarizə, insan haqları və mülki azadlıqların bərabərliyi, soyqırımı məsələsində də Türkiyə ilə fikir ayrılıqları var. Prezidentin sözlərinə görə, rəsmi Paris Ankara ilə dialoq kanallarını açıq tutmaq istəyir.

 

Rəsmi Ankaradan Makronun açıqlamalarına hələlik reaksiya yoxdur.

 

Xatırladaq ki, Fransa Parlamentinin 18 il əvvəl 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımasının ardından Ankara və Paris arasında münasibətlər gərginləşmiş, Türkiyədə Fransız mallarının boykot edilməsi çağırışları edilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi