Modern.az

Kosovo ərazilərinin bir hissəsini Serbiyaya verməyə hazırdır

Kosovo ərazilərinin bir hissəsini Serbiyaya verməyə hazırdır

Dünya

6 Fevral 2019, 13:02

Kosovo Serbiya ilə yekun sülh müqaviləsi mazlamaq üçün ərazisinin az bir hissəsini güzəştə getməlidir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kosovonun prezidenti Haşim Taçi Vaşinqtonda görüşləri zamanı deyib.

Taçi “əgər ölkəmizlə Serbiya arasında sərhədlərin kiçik korreksiyası yekun sülhə yol səbəb olarsa, biz bu addımı atacayıq”-deyə o deyib. Ərazi güzəşti qarşılığında Kosovonun müstəqilliyi tanınacaq və ölkə BMT-yə üzv seçilə biləcək.

 

Bununla belə, Kosovo lideri Serbiya ilə sərhəddə yerləşən Kosovska-Mitrovitsa şəhərinin, Qazivod su anbarının və dağ-mədən kombinatının heç bir halda serblərə güzəştə gedilməyəcəyini də əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar