Arxiv
2 Fervral 2019, 14:15 | MƏDƏNİYYƏT
AzTV-nin Bədii Şura üzvü: “Belə qurum digər telekanallarda da yaradılmalıdır”  

Fevralın 6-da “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb. 

Bədii Şuranın yaradılmasında məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir) bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət edir.

Bədii Şurada müğənni, xalq artisti Mübariz Tağıyev, Milli Konservatoriyanın rektoru, professor, xalq artisti Siyavuş Kərimi, bəstəkar, xalq artisti Faiq Sücəddinov, xanəndə, xalq artisti Mənsum İbrahimov, şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi Ceyran Mahmudova, müğənni, xalq artisti Fidan Hacıyeva, dizayner-modelyer, xalq artisti Fəxriyyə Xələfova, rəqqasə, xalq artisti Təranə Muradova, tarzən, xalq artisti Ramiz Quliyev təmsil olunacaqlar.

Modern.az saytı Bədii Şuranın üzvlərindən olan bəstəkar, xalq artisti Faiq Sücəddinovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında deyib ki, AzTV-də Bədii Şuranın yaradılması bayağılığın qarşısını alacaq:

“Bu gün bir yerə toplaşıb söhbət etdik. Öz fikirlərimizi bildirdik. AzTV-yə  “ana televiziya” deyirik. Doğrudan da bu, belə qalır. Bədii Şuranın yaradılması ilə bağlı orada qlobal dəyişiklik olmayacaq. Biz Bədii Şura olaraq öz fikirlərimizi söyləməklə işləri daha da yaxşılaşdıra bilərik. Bir sənətkar kimi bu işlərə ümidlə baxıram. Çünki Azərbaycan şeirinin, musiqisinin, kinosunun, dilinin bayağı səviyyəyə enməsinə imkan vermək olmaz. Əsas məsələ də budur”.

Bəstəkar digər telekanallarda da bu cür Bədii Şuranın yaradılmasının vacibliyini vurğulayıb:

“Digər özəl televiziyalarda da bu formada Bədii Şuranın formalaşmasına ehtiyac var. Dəyərlərimizin normal qaydada təbliğ olunması çox vacibdir. Tamaşaçılar kimi mən də özəl televiziyalarda bir çox məsələlərdən narazıyam. Düşünürəm ki, Bədii Şura digər kanallarda da yaradılmalı və inkişafımıza xidmət etməlidir”.

Bədii Şura ayda 2 dəfə toplanmaqla Azərbaycan Televiziyası və Radiosu, “Mədəniyyət” və “İdman Azərbaycan”da yayımlanan veriliş və proqramları müzakirə edəcək, öz irad və təkliflərini verəcək. Yeni TV və radio layihələrinin efir məkanına buraxılması kollegial şəkildə reallaşacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan idmançısı bürünc medal qazanıb 22 Aprel 2019, 00:24 Azərbaycan millisinin sabiq futbolçusu döyüldü 22 Aprel 2019, 00:07 Ukraynada səsvermənin ilk rəsmi nəticəsi açıqlandı 21 Aprel 2019, 23:49 Şimali Makedoniyada seçkilərin ilkin nəticələri açıqlandı 21 Aprel 2019, 23:28 Kılıçdaroğluna hücum edən 6 nəfər həbs edildi 21 Aprel 2019, 23:10 Bakıdakı yanğında iki azyaşlı tüstüdən zəhərləndi 21 Aprel 2019, 23:00 Zelenskinin daxili və xarici siyasəti necə olacaq? - Politoloq şərhi 21 Aprel 2019, 22:41 Salyandakı ağır qəzada 1 nəfər öldü 21 Aprel 2019, 22:17 Poroşenko siyasətdən getməyəcəyini açıqladı 21 Aprel 2019, 21:57 Vladimir Zelenski xalqa müraciət etdi 21 Aprel 2019, 21:34 Bir sutkada Suriyaya 1066 qaçqın qayıdıb 21 Aprel 2019, 21:19 Ukraynanın yeni  prezidenti  Zelenskidir 21 Aprel 2019, 21:01 Türkiyədə zəlzələ oldu 21 Aprel 2019, 20:45 “Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu 21 Aprel 2019, 20:33 Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb 21 Aprel 2019, 20:21 Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər” 21 Aprel 2019, 20:09 Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovuzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22