Modern.az

Ərdoğan-Tsipras görüşü - Afina Brüssel yolunda Ankaraya \"yaşıl işıq\" yandırır?

Ərdoğan-Tsipras görüşü - Afina Brüssel yolunda Ankaraya \

6 Fevral 2019, 15:29

Yunanıstanın baş naziri Aleksis Tsipras Türkiyəyə səfər edib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, səfər çərçivəsində Yunanıstan rəhbəri prezident Rəcəb Tayyip Ərdoğanla Kipr münaqişəsini, Egey dənizindəki gərginliyi, qanunsuz miqrasiyanı və Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak edən 8 zabitin Yunanıstandan ekstradisiyasını müzakirə edib.

“Ümid edirik ki, Yunanıstan Fətullah Gülən hərəkatı, Kürdüstan İşçi Partiyası və İnqilabi Milli-Azadlıq Cəbhəsi üçün təhlükəsiz limana çevrilməyəcək. Mən yunan həmkarlarımıza gülənçilərin geri qaytarılmalı olduğunu bir daha xatırlatdım”, - Ərdoğan deyib.

 

Lakin Tsipras 8 türk hərbçinin Türkiyəyə qaytarılması məsələsində hər şeyi məhkəmənin həll etdiyini xatırladıb:

“Bizim öz hüquqi bazamız, müstəqil məhkəməmiz var. Yunan ədliyyə sistemi bir sıra qərarlar qəbul edib və biz bu qərarlara hörmət etməliyik".

 

Hərbçilərin ekstradisiyası ilə bağlı məsələdə razılıq əldə olunmasa da, Yunanıstan Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməyə maraqlı olduğunu ifadə edib. Tsipras Türkiyənin Avropa Birliyinə üzv olmasını dəstəklədiklərini söyləyib:

“Türkiyə Avropa Birliyinin üzvü olarsa, bu həm Avropanın iqtisadi və siyasi durumuna müsbət təsir göstərər, həm də Türkiyədə demokratik islahatların genişlənməsinə yol açar”.

Bu gün Yunanıstan lideri Konstantinopol patriarxı I Varfolomeylə görüşəcək. O, dinin dövlətdən ayrılması və ölkə konstitusiyasının 3-cü maddəsinin dəyişdirilərək, Afinanın dini neytrallığının elan olunması ilə bağlı planlarını patriarxla bölüşəcək.

 

Xatırladaq ki, Ərdoğan 2018-ci ilin noyabrında Tsiprası Türkiyəyə dəvət edib. Bundan əvvəl, o, yalnız 1 dəfə Türkiyəyə səfər etmişdi. 2017-ci ildə Afinaya cavab səfəri etmiş Ərdoğan Yunanıstana 65 il sonra gedən ilk türk prezident olmuşdu.   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür