Modern.az

Gürcüstanın azərbaycanlı deputatı: “Provokasiyalar artıb”  

Gürcüstanın azərbaycanlı deputatı: “Provokasiyalar artıb”   

Aktual

6 Fevral 2019, 17:08

Son günlər Gürcüstanın işğal edilmiş ərazilərində gömrük-keçid məntəqələrinin açılması ilə bağlı məlumatlar yayılmaqdadır.

Modern.az xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Davit Zalkaniani yayılan məlumatlara bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Bu rus mediası və oponentlərimiz tərəfindən yayılan növbəti dezinformasiyadır və yayılan məlumatın həqiqətlə heç bir əlaqəsi yoxdur”.

Hakim “Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev Modern.az-a açıqlamasında məsələlərin provokasiya xarakterli olduğunu deyib.

“Azərbaycanlı deputat olaraq bildirmək istərdim ki, son günlərdə heykəl gərginliyindən irəli gələrək provokasiyalar çoxalıb.  Hər kəsi provokasiya xarakterli məlumatlardan  uzaq  olmağa dəvət edirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür