Modern.az

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin Moskva ofisi bağlanır

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin Moskva ofisi bağlanır

6 Fevral 2019, 22:59

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) iş həcminin əhəmiyyətli dərəcədə azalması səbəbindən martın 29-da Moskvadakı ofisini bağlayacaq. Ofis artıq fevralın 28-də işini dayandıracaq. Modern.az  "RİA Novosti"yə istinadən xəbər verir ki,ofisin vətəndaşlar üçün açıq olacağı və müraciətləri qəbul edəcəyi son gün - 28 fevral 2019-cu il tarixidir.

 

Məlumata görə, ofisin işini gələcəkdə Xidmətin Yunanıstanın paytaxtı Afinadakı yerli şöbəsi icra edəcək. O həmçinin Azərbaycan, Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna, Ermənistan və Özbəkistana cavabdeh olacaq.

 

Qeyd edək ki, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti immiqrasiya müraciətləri və sığınacaqla bağlı məsələlərin həlli üçün məsuliyyət daşıyır. USCIS-in ötən il sentyabrın 11-dən qüvvəyə minmiş yeni qaydaları ABŞ-a leqal immiqrasiyanı xeyli çətinləşdirib. Yeni qaydalar 2018-ci il sentyabrın 11-dən sonra sifariş və ya ərizə ilə müraciət etmiş applikantlara şamil olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir