Modern.az

“Bakı Metropoliteni” sərnişinlərdən ÜZR İSTƏYİR

“Bakı Metropoliteni” sərnişinlərdən ÜZR İSTƏYİR

7 Fevral 2019, 16:30

"Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılıb.

 

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qurum rəsmisi qeyd edib ki, eskalatorun əsaslı təmirinin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulub:

“Təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır. Təmir işləri may yaında yekunlaşacaq. Bu müddət ərzində sərnişinlər digər eskalatordan istifadə edə biləcəklər”.

B.Məmmədov bildirib ki, "Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi