Modern.az

Deputatlar şəxsi avtomobildən istifadə edə bilməyəcək

Deputatlar şəxsi avtomobildən istifadə edə bilməyəcək

Dünya

7 Fevral 2019, 23:36

Xorvatiya parlamenti “Dövlət xidməti” haqqında qanuna əlavələri təsdiq edib. Modern.az xəbər verir ki, əlavələr qüvvəyə mindikdən sonra deputatlar şəxsi avtomobildən istifadə hüququndan məhrum olacaq. Bunun əvəzində deputatlara avtobus, tramvay və metrolardan pulsuz istifadə hüququ veriləcək.

 

Qanun layihəsinin müəllifi, “Demokratik mərkəz” partiyasının deputatı Oqnejki Slovanoviçin sözlərinə görə, yeni qanun xorvat xalqı ilə onun təmsilçiləri arasında boşluğu aradan qaldırmaq üçün nəzərdə tutulub.

 

O.Slovanoviç şəxsi avtomobilindən hələ 2014-cü ildən imtina edərək Ukraynaya humanitar yardım şəklində göndərib. Zaqrebin sakinləri yeni qanun əlavəsini müsbət qəbul edib, parlamentin önündə “Əziz deputatlar, sağ olun” şüarı altında mitinq keçiriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!