Arxiv
2 Fervral 2019, 11:02 | MƏDƏNİYYƏT
Azərbaycanlıların tanıdığı Müsyö Jordan öldü

Məşhur aktyor, Rusiyanın Xalq artisti Sergey Yurski 83 yaşında ölüb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, aktyorun ölüm səbəbi açıqlanmır.

Yurskinin vəfatı barədə ilk açıqlamanı aparıcı aktyoru olduğu Mossovet teatrının mətbuat xidməti açıqlayıb.

 

Xatırladaq ki, Sergey Yurski azərbaycanlı tamaşaçısı üçün “Dərviş Parisi partladır” (1976) filmində Müsyö Jordan obrazını yaratmaqla tanınır.

Sergey Yurski Azərbaycanda bir neçə filmdə rol alıb. O, “Dərviş Parisi partladır” (1976, Müsyö Jordan), “Günlərin bir günü” (1976, epizod), “Şir evdən getdi” (1977, ovçu), “Bir ailəlik bağ evi” (1978, direktor), “Qorxma, mən səninləyəm!” (1981, pristav) filmlərində fərqli rollar oynayıb. 

Amma Sergey Yurski Azərbaycan tamaşaçılarının yaddaşında daha çox “Dərviş Parisi partladır” filmindəki Müsyö Jordan rolu ilə qalıb.

Yurski 16 mart 1935-ci il tarixində Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. Onun atası Yuri Yurski teatr  aktyoru və rejissoru, sirk rəhbəri, anası Yevgeniya Yurskaya isə musiqi müəlliməsi olub. Yurski təxəllüsü əslində Sergeyin atasının olub. Onların əsl soyadı Jixaryovdur. 

Uşaq yaşlarında incəsənətə həvəsi olan Sergeyi valideynləri bu yoldan çəkindirməyə çalışıblar, amma bunu bacarmayıblar. Sergey Yurskinin aktyor olmaq istəyi təхminən on dörd yaşında baş qaldırmışdı. 

O, valideynlərinin təsiri ilə A.Jdanov adına Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Amma buradakı təhsilini yarımçıq qoymalı olub. Çünki tez-tez teatr dərnəklərinə gedən Sergey bu sənətdən ayrı qala bilməyəcəyinə əmin olub.  S.Yurski Leninqrad Dövlət Universitetində hüquq elmini öyrənməklə yanaşı, universitetin dram dərnəyində də məşğul olmağa vaхt tapırdı. Atası isə onu teatr səhnəsindən uzaqlaşdırmağa çalışırdı. Amma universitetdə qoyulan tamaşalarda Sergeyə bir-birinin ardınca müхtəlif rollar verilirdi. 

Nəticədə o, hüquq fakültəsini 3-cü kursdan buraxaraq Ostrovski adına Leninqrad Teatr İnstitutuna daxil olur. 1959-cu ildə isə bu ali məktəbi bitirir. 

Elə gənc yaşından başlayaraq Yurski kino və teatrda müxtəlif rollar oynayıb və tezliklə də məşhurlaşıb. 
O, 1957-ci ildən 1979-cu ilədək Leninqraddakı Maksim Qorki adına Böyük Dram Teatrının aktyoru olub. Burada çalışdığı zamanlar Yurski bəzi qadağalara məruz qalıb. Belə ki, məşhur dissident Aleksandr Soljenitsenlə dostluq etməsi ona baha başa gəlib. Nəticədə SSRİ Mədəniyyət Nazirliyi Sergey Yurskiyə bir müddət televiziya ekranlarında görünməyi qadağan edib, rejissorlara isə ona rol verməmək tapşırılıb. 

1961-ci ildə Zinaida Şarko adlı aktrisa ilə evlənən Sergey Yurski bu xanımla cəmi 7 il birgə yaşayıb və boşanıblar. Daha sonra o, ikinci dəfə evlənib və yenə də həyat yoldaşını aktrisaların arasından seçib. 

Yurski 1979-cu ildən Leninqrad şəhərini tərk edərək, Moskvaya köçüb. Moskvanın Mossovet adına Teatrında çıxış etməyə başlayıb. Bütün çətinliklərə və maneələrə baхmayaraq, o, Rusiyanın qabaqcıl teatr və kino хadimlərindən biri kimi sənət zirvəsinə cəsarətlə addımlayan sənətkarlardan biri olmağı bacarıb.

Sergey Yurski aktyor olmaqla yanaşı, həm də rejissor və ssenaristi idi. Yurski Mossovet adına Teatrla yanaşı, həm də Çexov adına Moskva Akademik Teatrı və “Müasir pyes məktəbi”ndə çalışırdı. 

Sergey Yurskinin ailəsində özündən başqa daha iki sənətkar var. Onun həyat yoldaşı Natalya Tenyakova və qızı Darya Yurskaya aktrisadırlar, hər ikisi tetrda çalışır. Natalya Tenyakova həm də Rusiyanın xalq artistidir. 


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Poroşenko siyasətdən getməyəcəyini açıqladı 21 Aprel 2019, 21:57 Vladimir Zelenski xalqa müraciət etdi 21 Aprel 2019, 21:34 Bir sutkada Suriyaya 1066 qaçqın qayıdıb 21 Aprel 2019, 21:19 Ukraynanın yeni  prezidenti  Zelenskidir 21 Aprel 2019, 21:01 Türkiyədə zəlzələ oldu 21 Aprel 2019, 20:45 “Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu 21 Aprel 2019, 20:33 Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb 21 Aprel 2019, 20:21 Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər” 21 Aprel 2019, 20:09 Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovuzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək   21 Aprel 2019, 13:30 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22 Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı   21 Aprel 2019, 12:29 Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK 21 Aprel 2019, 12:01 Kürdəmirdə YANĞIN:  5 nəfər yaralandı 21 Aprel 2019, 11:58 Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB 21 Aprel 2019, 11:28 Kürdə suyun səviyyəsi artdı 21 Aprel 2019, 11:19 Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir 21 Aprel 2019, 10:49 Ukraynada prezident seçkilərinin II turu keçirilir 21 Aprel 2019, 10:26