Modern.az

Azərbaycanlılarla gürcülərin aksiyası başa çatdı - Separatçının büstünün götürülməsi tələb olundu

Azərbaycanlılarla gürcülərin aksiyası başa çatdı - Separatçının büstünün götürülməsi tələb olundu

8 Fevral 2019, 16:52

Gürcüstan azərbaycanlılarının bu gün - fevralın 8-də ölkə parlamentinin binası qarşısında keçirdikləri etiraz aksiyası başa çatıb.

Modern.az-ın məlumatına görə, Gürcüstanda Qarabağ separatçısı Mixail Avakyana abidə qoyulmasına etiraz edən aksiya iştirakçıları bunu  təxribat adlandırıb və Gürcüstan-Azərbaycan münasibətlərinə ziyan vurmaq məqsədi daşıdığını bildiriblər.
 
Aksiyada azərbaycanlı gənclər, tələbələr, iş adamları ilə yanaşı, gürcü gənclər, politoloqlar, Abxaziya müharibəsinin veteranları da iştirak ediblər.

Gürcüstandakı Vahid Milli Hərəkat Partiyasının üzvü, ölkə parlamentində təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov Modern.az-a aksiyanın yekunlarından danışıb.
 
“Tbilisidə Gürcüstan parlamentinin binası önündə baş tutan kütləvi aksiya başa çatıb. Qərarverici qüvvə dövlətdir. Biz iştirakçılar sadəcə olaraq bəyanat verdik və terrorçu Avakyanın büstünün götürülməsini tələb etdik”,-deyə deputat vurğulayıb.  

Azər Süleymanovun sözlərinə görə, əgər büst götürülməsə növbəti aksiyalar keçiriləcək:

 “Bundan sonrasını Gürcüstan hökuməti düşünməlidir. O zaman bəlli olacaq ki, hakimiyyət separatçını dəstəkləyir, yoxsa yox. Belə fikirlər də səsləndi ki, qısa bir vaxt ərzində Avakyanın büstü götürülməlidir. Əgər hökumət büstü götürməsə,  aksiyaların keçirilməsi davam edəcək. Təəssüf ki, bir nəfər də olsun hökumət nümayəndəsi aksiyada iştirak etmirdi. Siyasi partiyalardan başqa, QHT nümayəndələri, ziyalılar, gənclər bizə qoşulmuşdu”.


Qeyd edək ki, Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş "Kobra” ləqəbli terroçu Mikail Avakyana abidə qoyulması həm azərbaycanlı, həm də gürcü ictimaiyyətinin etirazına səbəb olub.

Bundan sonra Nərimanovun Marneulinin mərkəzindəki heykəlinin götqürüləcəyi məsələsi bilərəkdən ortaya atılıb.

 

 ***


“Tbilisidə Gürcüstan parlamentinin önündə kütləvi aksiya başlayıb. Aksiya iştirakçıları fəallıq nümayiş etdirirlər”.

Bunu Modern.az-a açıqlamasında Gürcüstandakı Vahid Milli Hərəkat Partiyasının üzvü,  ölkə parlamentində təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov deyib.

O bildirib ki, aksiya iştirakçılarının sayı çoxdur.

“İnsanlar əzmlə aksiyaya qoşulub. Xeyli sayda QHT-dən, ziyalılardan qatılanlar var. İnsan kütləsinin ardı gəlir. Təbii ki, gürcülər də azərbaycanlılarla birgə aksiyada iştirak edirlər. Etirazçılar əllərində həm Azərbaycan, həm də Gürcüstan dövlətinin bayrağını tutublar. Ermənilərin növbəti təxribatına da qalib gələcəyik”.

Qeyd edək ki, Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş "Kobra” ləqəbli terroçu Mikail Avakyana abidə qoyulması həm azərbaycanlı, həm də gürcü ictimaiyyətinin etirazına səbəb olub.


Aksiyada iştirak edənlərdən biri bildirib ki, Gürcüstan hökuməti bu məsələlərə həssas yanaşmalıdır:

“Bu gənclər Gürcüstanın gələcəyidir. Bunların niyyətlərini gözündə qoymayın. Əvvəlki iqtidar şərait yaratdı ki, gənclər oxuyub təhsil alıb işləsinlər. İndiki hakimiyyət də gənclərin işlə təmin olunmasına şərait yaratsın. Ermənilərə o qədər üz verdilər ki, axırda Avakyana büst də qoyuldu. Belə olmaz. Gürcüstan torpağında ayrı-seçkiliyə yol verilməsin. Bunların nəticəsidir ki, Söyün Sadıqov kimi təxribatçılar öz işlərini görürlər. Biz bu ölkə üçün ölümə getməyə hazırıq. Gürcüstan torpağı Ermənistan- Azərbaycan çəkişməsi deyil”.


Xatırladaq ki, Mikail Avakyana abidə qoyulması həm azərbaycanlı, həm də gürcü ictimaiyyətinin etirazına səbəb olandan sonra Nərimanovun Marneulinin mərkəzindəki heykəlinin götqürüləcəyi məsələsi bilərəkdən ortaya atılıb

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir