Modern.az

Azərbaycan rəsmiləri Rusiya ilə sərhəddə tikilən körpüyə baxdılar - FOTOLAR  

Azərbaycan rəsmiləri Rusiya ilə sərhəddə tikilən körpüyə baxdılar - FOTOLAR  

8 Fevral 2019, 15:47

Hazırda Azərbaycan və Rusiya nümayəndə heyəti Samur çayı üzərində tikilməkdə olan körpünün tikinti işlərinə baxış keçirirlər.

Modern.az xəbər verir ki, Azərbaycan tərəfindən iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Avtomobil Yollarının Dövlət Agentliyinin ( AAYDA) sədri Saleh Məmmədov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iştirak edirlər.

Rusiya tərəfindən isə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak edir.

Qeyd edək ki, uzunluğu 325,3 m, eni 17, 3 metr olan körpünün tikintisinin bu ilin sonuna kimi yekulaşdırılması nəzərdə tutulur. Tikinti Rusiya və Azərbaycanın birgə maliyyəsi hesabına aparılır. Körpü iki zolaqdan ibarət olacaq, seysmik davamlığı isə 9 bal təşkil edəcək. Körpü 5 aşırımlıdır, həmçinin layihə çərçivəsində piyadalar üçün eni 3,75 metr ola qapalı piyada keçidinin tikilişi zolağı nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu