Arxiv
2 Fervral 2019, 17:05 | HADİSƏ
İş adamı şəhid qızının qanını batırmaq üçün 52 min manat rüşvət verib - MƏHKƏMƏ  

«Xırdalan-Xəz» ASC-nin rəhbəri, keçmiş deputatlığa namizəd Akif Rəhimov ilyarım öncə 17 yaşlı oğlunun törətdiyi qəza nəticəsində ölən qadının sərxoş olması barədə saxta rəy almağa çalışıb.

Modern.az saytı “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işində yer alıb.

Amma təqsirləndirilən şəxs qismində məhkəmə önünə çıxarılan A.Rəhimov yox, ondan 52 min 500 manat aldığı iddia olunan Elnur Babayevdir.

2017-ci ilin noyabr ayında iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun 17 yaşlı oğlu Rəhim Rəhimov şəhid qızı Könül Əkbərovanı “Jeep Grand Cherokee” markalı avtomobillə vurub öldürmüşdü.

Hazırda məhkəmə önünə çıxarılan 31 yaşlı E.Babayev müstəntiq köməkçisi olub.

O, CM-in 178 (dələduzluq), 311-ci (rüşvət alma) maddələri ilə ittiham olunur.

Cinayət işinin materiallarında yazılıb ki, E.Babayev iş adamı Akif Rəhimova ondan aldığı 52 min 500 manat müqabilində onun oğlu Rəhimin cinayət məsuliyyətindən azad olunacağını vəd edib. Bundan ötrü ekspert Bayraq Meydanı yaxınlığında yolu keçərkən 17 yaşlı R.Rəhimovun «Jeep Grand Cherokee» ilə vurduğu Könül Əkbərovanın hadisə vaxtı sərxoş olması haqda rəy verməliydi. Pulun 10 min manatının da ekspertə verilməsi nəzərdə tutulub. Razılaşma belə olub ki, qalan məbləğə də müstəntiqin köməyi ilə onların xeyrinə ifadə verəcək şahidlər tapılacaq, sükan arxasında R.Rəhimovun yox, ailənin sürücüsü Əmirulla Şahbazovun olması rəsmiləşdiriləcək.

Bu yol qəzası məhkəmədə araşdırılanda məlum olmuşdu ki, hadisədən sonra sürücü Ə.Şahbazov məsuliyyətə cəlb olunub. Qəzanı onun törətdiyi rəsmiləşdirilib.

Qəzada həyatını itirən 42 yaşlı K.Əkbərovanın anasının müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlərindən sonra vəziyyət dəyişib.

Zərərçəkən yazırdı ki, iş adamı öz pulu hesabına oğlunu məsuliyyətdən yayındırır.

Ardından R.Rəhimov həbs edildi, Səbail Rayon Polis İdarəsində bu işin istintaqını aparan müstəntiq Vüqar Abbasov işdən çıxarıldı.

İşadamının oğlunu məsuliyyətdən yayındırmaq məqsədilə ondan pul almaqda ittiham olunan E.Babayev özünü təqsirli bilib. Deyib ki, A.Rəhimovla onlara məxsus «Yeganə» şadlıq sarayında görüşüblər, bütün danışıqlar da orada baş tutub. E.Babayevlə A.Rəhimov arasında müqavilə imzalanıb. Orada iş adamından 52 min 500 manat alınması göstərilib.

A.Rəhimov bu iş üzrə ifadə vermək üçün məhkəməyə çağrılsa da, gəlmir. Ona görə də, haqqında məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəmə prosesi fevralın 15-də davam edəcək.

Xatırlatma

Yol qəzası 2017-ci il noyabrın 8-də 90 FO 007 nömrəli “Jeep Grand Cherokee” markalı avtomobillə törədilib. 1975-ci il təvəllüdlü K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Məhkəmədə məlum oldu ki, 18 yaşı tamamlanmadığından sürücülük vəsiqəsi olmayan R.Rəhimov əyləncə klubundan qayıdanda qəzanı törədib.

R.Rəhimov CM-in 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma -ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun işində 264-cü maddə ilə ittihama xitam verilib, özünə isə 5 il cəza təyin olunub.

Daha sonra 17 yaşlı R.Rəhimov cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi qərarıyla həbsdən buraxılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Poroşenko siyasətdən getməyəcəyini açıqladı 21 Aprel 2019, 21:57 Vladimir Zelenski xalqa müraciət etdi 21 Aprel 2019, 21:34 Bir sutkada Suriyaya 1066 qaçqın qayıdıb 21 Aprel 2019, 21:19 Ukraynanın yeni  prezidenti  Zelenskidir 21 Aprel 2019, 21:01 Türkiyədə zəlzələ oldu 21 Aprel 2019, 20:45 “Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu 21 Aprel 2019, 20:33 Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb 21 Aprel 2019, 20:21 Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər” 21 Aprel 2019, 20:09 Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovuzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək   21 Aprel 2019, 13:30 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22 Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı   21 Aprel 2019, 12:29 Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK 21 Aprel 2019, 12:01 Kürdəmirdə YANĞIN:  5 nəfər yaralandı 21 Aprel 2019, 11:58 Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB 21 Aprel 2019, 11:28 Kürdə suyun səviyyəsi artdı 21 Aprel 2019, 11:19 Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir 21 Aprel 2019, 10:49 Ukraynada prezident seçkilərinin II turu keçirilir 21 Aprel 2019, 10:26