Modern.az

\"Yeni tikilən körpü daşınma üçün daha əlverişli şərait yaradacaq\"  

\

8 Fevral 2019, 17:08

"Yeni tikilən körpü yüklərin daşınması üçün daha əlverişli şərait yaradacaq".

Modern.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev Samur çayı üzərində tikilən körpünün tikintisinə baxış zamanı bildirib. Nazir qeyd edib ki, körpü hazır olduqdan sonra yüklərin sərhəd keçid məntəqəsində daha az qalmasına şərait yaradacaq:

"Yük maşınlarının keçid müddəti azalacaq və bununla ölkələr arasında ticarət dövriyyəsi daha da artacaq. Körpü tikintisinim maliyyəsi Azərbaycan və Rusiya arasında bərabər hissələrlə ödəniləcək. Artıq 50 faiz Azərbaycan, 50 faiz isə Rusiya höküməti tərəfindən ödənilib. Körpünün tikintisi bu il noyabrın sonunadək başa çatdırılacaq. Beləliklə yüklərin daşınması üçün daha rahat şərait yaranacaq".

Qeyd edək ki, körpünün maliyyə dəyəri 38 mln manat təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir