Modern.az

Bakıya gələn amerikalı xanım azərbaycanlıları ruhlandıracaq

Bakıya gələn amerikalı xanım azərbaycanlıları ruhlandıracaq

2 Dekabr 2011, 14:54

Amerikalı Amerika Birləşmiş Ştatlarının Bakıdakı Səfirliyi internet marketinqi sahəsində uğur qazanmış iş xanımı Alisia Morqanın 1-11 dekabr tarixlərində Azərbaycana səfərinə sponsorluq edir.
Xanım Morqa işçi sinfi immiqrant ailəsindən prestijli Satnford universitetində təhsil və biznesindəki bir çox uğurlar haqqında hekayəsini bölüşəcək.
Səfəri zamanı o, Azərbaycanın müxtəlif bölgələrindən olan gənc xanımlarla və sahibkarlarla karyera planlaşdırılmasından və sahibkarlıqdan danışacaq. Xanım Morqa ümid edir ki, öz hekayəsini bölüşməklə insanları tam potensiallarından istifadə etməyə ruhlandıracaq.
Amerika Birləşmiş Ştatlarının Bakıdakı Səfirliyindən Modern.az-a verilən məlumata görə, Alisia Morqa Bakıdan başqa, İsmayıllı, Şirvan, Quba, Xaçmaz bölgələrində olacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir