Modern.az

Pul bazarında bitkoinin payı 56 faiz artıb

Pul bazarında bitkoinin payı 56 faiz artıb

İqtisadiyyat

8 Fevral 2019, 21:25

Son il ərzində rəqəmsal pul bazarında bitkoinin payı 56 faiz artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 2018-ci ilin fevralında kriptovalyutanın dominantlığı 34 faiz təşkil edib, hazırda 53 faizdən yuxarıdır. Bir çox altkoinlərin (bitkoindən savayı bütün kriptovalyutalar) mövqeyi bu müddət ərzində ciddi şəkildə zəifləyib. Belə ki, “Ethereum”un göstəriciləri 20 faizdən 10 faizə düşərək 2 dəfə, “Bitcoin Cash” isə 5,62-dən 1,84 faizə düşərək 3 dəfə azalıb. “NEM” (1,2-0,3 faiz) və “NEO” (1,6-0,4 faiz) 4 dəfə azalaraq daha çox zərər çəkiblər.

 

Öz mövqelərini ən yaxşı qoruyan “XRP” və “Litecoin” altkoinləri olub. San-Fransiskodan olan “Ripple” şirkətinin kriptovalyuta payı üçdəbir dəfə - 10,76 faiz artıb. Çarli Linin pulu isə özünün əvvəlki mövqeyini – rəqəmsal pul bazarında 2 faiz payını qoruyub saxlayır.

 

Ötən il ərzində blokçeyn sahəsində kapitallaşma praktik olaraq 5 dəfə aşağı düşüb. Ötən il fevralın ortalarında o, 500 milyardı üstələyirdi, hazırda isə kriptovalyutanın ümumi dəyəri 114 milyard dollar təşkil edir. Altkoin satışının həcmi 40 faiz – 27 milyarddan 16 milyardadək aşağı düşüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər