Modern.az

Qazaxıstanda neft hasilatı rekord həddə çatıb

Qazaxıstanda neft hasilatı rekord həddə çatıb

8 Fevral 2019, 22:51

Qazaxıstanda neft hasilatı rekord həddə çatıb. Modern.az-ın məlumatına görə, Qazaxıstan energetika naziri Kanat Bozumbayev bildirib ki, 2018-ci ildə ölkədə yanacaq və enerji sektorunun fəaliyyəti rekord səviyyəyə çatıb.

 

Qazaxıstan cari yarımildə Mərkəzi Asiya ölkələrinə neft məhsullarının ixracına başlamağı planlaşdırır: “Neft istehsalı ölkəmizin tarixində görünməyən həddə çataraq 90 milyon 360 min ton olub ki, bu da 2017-ci illə müqayisədə 4,8 faiz çoxdur”.

 

“Azərtac” xəbər verir ki, nazir qeyd edib ki, bu rəqəm “Kaşaqan” (13,2 milyon ton), “Tengiz” (28,6 milyon ton) və “Karaçaqanak” (12,2 milyon ton) yataqlarından hasil olunan neftin artması ilə əlaqədardır.

 

Nazir bu il 89 milyon ton neftin hasil edilməsinin planlaşdırıldığını vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq