Modern.az

Qatar qəzasında yaralıların sayı 95-ə çatıb - YENİLƏNİB

Qatar qəzasında yaralıların sayı 95-ə çatıb - YENİLƏNİB

9 Fevral 2019, 00:43

İspaniyada qatar qəzasında yaralananların sayı 95 nəfərə çatıb.  Modern.az xəbər verir ki, yaralılardan 3-ü ağır, 16-sı orta, 76-sı isə yüngül dərəcəli xəsarətlər alıb.

Məlumata görə, toqquşma nəticəsində həlak olan şəxs qatarlardan birinin maşinisti olub.

 

***

 

İspaniyada iki qatar toqquşdu. Modern.az xəbər verir ki, qəzaya uğrayan şəhərətrafı dəmir yolu ilə hərəkət edən qatarlar olub.

Fövqəladə hallar xidmətinin "Twitter" səhifəsində verilən məlumata görə, toqquşma dəmir yolunun San-Visente-de-Kastelyet və Monresoy (Barselona əyaləti) stansiyaları arasında baş verib.

Məlumata əsasən, toqquşma nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı