Modern.az

Ermənistan parlamentinin sədri Azərbaycana gəldi

Ermənistan parlamentinin sədri Azərbaycana gəldi

Dünya

9 Fevral 2019, 00:20

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan qanunsuz olaraq işğal altındakı Azərbaycan ərazilərinə gəlib. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, o, 8-10 fevral tarixlərində Qarabağda olacaq.

 Ermənistan Milli Məclisinin mətbuat xidmətindən bildirilib ki, Mirzoyan Qarabağ separatçılarının lideri Bako Saakyan, “parlament sədri” Aşot Qulyan, həmçinin Qarabağdakı separatçı qurumun oyuncaq parlamentindəki fraksiya rəhbərləri və deputatlarla görüşəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı