Modern.az

Avropa Birliyində yüzlərlə rus və çinli casus çalışır - XƏBƏRDARLIQ

Avropa Birliyində yüzlərlə rus və çinli casus çalışır - XƏBƏRDARLIQ

9 Fevral 2019, 13:09

Avropa Birliyinin paytaxtı Brüsseldə Rusiyanın 200, Çinin isə 250 gizli casusunun olduğu bildirilir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Xarici Əlaqələr Xidmətinin Daxili Təhlükəsizlik Xidməti buna görə bəzi obyekt və müəssisələrdə danışmamağı məsləhət görür.

 

“Diplomatlara Avropa Komissiyasının yaxınlığında yerləşən bəzi kafelər və əyləncə mərkəzlərinə daxil olmaq məsləhət görülmür”-deyə Xidmət onlara xəbərdarlıq edib.

 

Xidmət rusiyalı və çinli agentlərin əsasən öz səfirliklərində və ticarət nümayəndəliklərində çalışdıqlarını xatırladır.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər