Modern.az

Maksim Oreşkin: “Azərbaycanda buraxılan avtomobillər İran və Türkiyəyə də satıla bilər”

Maksim Oreşkin: “Azərbaycanda buraxılan avtomobillər İran və Türkiyəyə də satıla bilər”

9 Fevral 2019, 14:22

"Hacıqabul Sənaye Məhəlləsində zavodun açılışı 2018-ci ilin sentyabrında prezidentlərin əldə etdikləri razılaşmanın praktik reallaşdırılması deməkdir. Strateji əməkdaşlıq haqqında iki ölkə arasında imzalanan sənədlər bir- bir həyata keçirilir".

 

Modern.az xəbər verir ki, bunu Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin "Qaz" avtomobillərinin istehsalı zavodunun təməlqoyma mərasimində çıxışı zamanı deyib. Nazir bildirib ki, hər iki tərəfin həyata keçirdiyi layihələr həm Azərbaycan, həm də Rusiya üçün sərfəlidir.

"Yeni avtomobil zavodunun işləməsi üçün məhsulların bir hissəsi Rusiyada hazırlanır. Bu avtomobillər eyni zamanda Azərbaycanda buraxılmaqla yerli bazar üçün daha sərfəli olacaq. Bundan başqa üçüncü ölkəyə ixracla bağlı İran, Gürcüstan və Türkiyə bazarı ətrafında müzakirələr aparılır. Bu isə o deməkdir ki, hər iki ölkə daha çox iş yeri açacaq və ölkə vətəndaşlarının gəlirləri həyat şəraitinin yüksəlməsinə imkan verəcək".

 

Rusiyalı nazir qeyd edib ki, bu layihə hazırda həyata keçirilən layihələrdən biridir.

"Dünən biz Dağıstanda olduq və orada nəqliyyat problemi ilə bağlı müzakirələr apardıq. Artıq bu problemlərlə bağlı məsələlər həll olunmaq üzrədir. Samur çayı üzərində körpü yaxın vaxtlarda istifadəyə veriləcək. Bu isə ölkə vətəndaşlarının bir dövlətdən digərinə keçməsi və sahibkarlıq üçün daha yaxşı şərait yaradacaq. Əməkdaşlıq davam edir və onun konkret nəticələri var".

 

"Bildiyiniz kimi, bu gün Hacıqabul Sənaye Məhəlləsində Qaz avtomobil zavodunun təməlini qoyduq.

Bununla da Azərbaycan-Rusiya əməkdaşlığını yeni bir nümunəsilə tanış olduq".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib. Ş.Mustafayev qeyd edib ki, 8 milyondan çox sərmayə qoyulacaq bu zavod Rusiya texnologiyalarına əsaslanacaq. Nazir bildirib ki, zavod növbəti ilin sonlarında təhvil veriləcək:

"Zavodda bir il ərzində müxtəlif modeldə 1000 ədəd avtomobil istehsal ediləcək. İstehsal olunmuş avtomobillərin yarısı Azərbaycan bazarında, qalan hissəsi isə üçüncü ölkə olaraq, başqa yerlərdə satılacaq. Zavod sənaye sərmayə sahəsində çox gözəl nümunədir. Bu, Rusiya və Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsini sübut ədən bir sahədir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir