Modern.az

"Qaz” zavodu müasir avtobuslar istehsal edəcək

Aktual

9 Fevral 2019, 15:25

"Qaz" Avtomobil Zavodunda yaxın gələcəkdə baza modellərindən əlavə, xüsusi təyinatlı avtomobillərin istehsalı, ikinci mərhələdə isə kiçik, orta və böyük ölçülü avtobusların istehsalını planlaşdırırıq.

 

Modern.az xəbər verir ki, bunu "Azərmaş" İdarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında bildirib. E.Axundovun sözlərinə görə, istehsal olunan avtobuslar ölkə daxilində istifadə üçün nəzərdə tutulub.

"Zavodda istehsal olunacaq avtomobillərin qiyməti və keyfiyyəti mühüm məsələdir. İkinci növbədə, avtomobillərin dizel və ya qazla işləməsidir. Avtomobillərin qazla işləməsi bu günün təlabatıdır. "Qaz" əhali üçün əvvəldən tanış olan brenddir, ona görə də onların istehsalı, istismarı və təmiri də çətinlik törətməyəcək".

 

E.Axundov qeyd edib ki, zavodda xüsusi təyinatlı avtomobillərin istehsalı onların qısa zamanda əmələ gəlməsinə, maya dəyərinin ucuz və texniki göstəricilərin daha dəqiq olmasına səbəb olacaq. "Xüsusi təyinatlı avtomobillərin istehsalı və idxalı böyük problemdir. Çünki bu, böyük zaman aparır, ölçünü, hər bir texnikanın dəqiqliyini istəyir. Azərbaycanda istehsala başlanılandan sonra "Qaz" markalı avtomobil 25 faiz ucuz başa gələcək. İl ərzində Azərbaycan bazarının tələbatı 1000 ədəd "Qazel" avtomovilləridir. Onun 50-60 faizi daxili bazarən təlabatını ödəmək üçün istehsal olunacaq".

 

E.Axundov qeyd edib ki, zavodda istehsal olunan avtomobillərin Irana ixrac edilməsi iş bağlı danışıqlar aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir