Modern.az

Uçan binada ölənlərin sayı 21-ə çatdı - YENİLƏNİB

Uçan binada ölənlərin sayı 21-ə çatdı - YENİLƏNİB

10 Fevral 2019, 00:07

İstanbulun Qartal rayonunda çökən binanın dağıntıları altından daha 3 cəsəd çıxarılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla da binanın çökməsi nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Qeyd edək ki, hadisə fevralın 6-da baş verib. Çökən binadakı 14 mənzildə 43 nəfərin qeydiyyatda olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.

 

***

 

İstanbulun Qartal rayonunda səkkizmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 18-ə çatıb. Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.

Nazir bildirib ki, artıq hadisə ilə əlaqədar araşdırma başlayıb.

 

Ətraf Mühit və Şəhərsalma naziri Murad Kurum isə çökən binanın betonunda dəniz qumu olduğunu bildirərək, ətrafdakı binaların da çökmə riskinin olduğunu vurğulayıb. O, bölgədəki sakinlərdən ödənişsiz olaraq binalarının yoxlanılması üçün müraciət etmələrini xahiş edib.

 

Qeyd edək ki, iki gün öncə İstanbulun Qartal rayonunda səkkizmərtəbəli bina çöküb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər