Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası USAİD-lə əməkdaşlıq edəcək

QHT-lərə Dövlət Dəstəyi Şurası USAİD-lə əməkdaşlıq edəcək

14 Dekabr 2009, 17:09

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi arasında beynəlxalq əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanacaq.    

Şuranın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, memorandumda QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi üzrə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, QHT-lərin bilik və bacarıqlarının artırılması, ölkəmizdə vətəndaş cəmiyyətinin rolu və QHT-lərin sosial-iqtisadi inkişaf proseslərinə cəlb olunma imkanları barədə ictimai məlumatlılığın artırılması, qrant müsabiqələrinin keçirilməsi və digər sahələr üzrə əməkdaşlıq nəzərdə tutulur.

Anlaşma memorandumunu  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin Cənubi Qafqaz üzrə missiya rəhbəri Jonathan M. Konli  imzalayacaq.

Memorandumun imzalanma mərasimi 15 dekabr 2009-cu il saat 15.00-da "Caspian Plaza"nın konfrans zalında olacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu