Arxiv
2 Fervral 2019, 21:27 | DİASPOR
ABŞ-da yaşayan azərbaycanlı şirkət sahibi…  

Deyir ki, müstəqil Azərbaycanın yolunda hər nəyi varsa, qurban verməyə hazırdı: “Yüz doxsan beş ölkənin arasında xalqımın da müstəqil dövlətinin olmasından qürur duyuram, fəxr edirəm"…

İyirmi beş ildir ki, ABŞ-da yaşayır. Ötən bu müddətdə elə bir gün olmayıb ki, hansısa azərbaycanlıya əl tutmasın, kömək etməsin. İnşaat üzrə ali təhsili var, ixtisasca memardır.

"Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyəti Cəmiyyəti"nin sədridir. Bu təşkilat dünyanın harasından gəlməsinə fərq qoymadan bütün azərbaycanlıları ətrafında birləşdirə bilən bir qurumdur.

O qədər soydaşımıza dəstək olublar ki, sayı-hesabı çoxdan itib. Amerikada Azərbaycanla bağlı cəmiyyətlər çoxdur, heç kimin xətrinə dəymək istəmirəm, "Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyəti Cəmiyyəti" qədər iş görən təşkilat isə burada çox azdır. Daha doğrusu, bu cəmiyyətlərin arasında ən öndə olanlardan biridir. Elə bir milli bayramımız olmayıb ki, qeyd olunmasın. Müstəqillik gününü, Ana dili gününü, 8 mart beynəlxalq qadınlar bayramını xüsusi qeyd edirlər. "Təşkilatın ildönümü" kimi özəl bayram da bu sıradadır. Hər il yay aylarında azərbaycanlı ailələrdən ibarət üç günlük kempinq təşkil edib, meşədə çadır düşərgəsi salırlar. Ailələr burada Azərbaycandan dəvət olunan və ya yerli müğənnilərin ifalarını dinləyir, filmlərə tamaşa edirlər. Və yarışlar, müsabiqələr keçirib əylənirlər. Bütün bunlardan əlavə rəqs, kompyuter dərnəkləri, ingilis dili, azərbaycan dili kursları da yaradıblar…

Bu tədbirlərin həyata keçirilməsində bir sıra soydaşımızın xidməti olsa da, cəmiyyət sədri kimi ən böyük təşkilatçı, haqqında söhbət açdığım Həmid Azəridir. Onu Azərbaycanda tanıyanlar az deyil. Elə bir gün olmur ki, ölkəmizdən kimsə şəxsi problemi ilə bağlı ona zəng edib, dəstək istəməsin. Çox adamlara əl tutub- statusundan asılı olmayaraq, ABŞ-a təzə gələnlərə arxa-dayaq olub, onların evlə, işlə təmin olunmasına, hüquqi yardım almasına kömək edib, şərait yaradıb…

Deyir ki,- "Kim hansı məqsədlə gəlirsə gəlsin, amma xahiş edirəm, əvvəlcədən xəbər eləsinlər. Heç nədən çəkinməsinlər. Nə qədər ki, varıq, soydaşlarımızın xidmətində müntəzirik. Saytımızı da qeyd etməyi unutmayın- www.acsnc.org"…

…Çox müdrik, savadlı, istiqanlı, ciddi və ürəyi yumşaq insandır, Həmid Azəri. Azərbaycan ədəbiyyatını, şair və yazıçılarımızın həyat və yaradıcılığını dərindən bilir. Bütöv Azərbaycan sevdalısıdır, söyləyir ki, o taylı, bu tayli millətimizin hər bir nümayəndəsi ona doğmadır, əzizdir…

ABŞ-da yaşayan azərbaycanlılar arasında ən böyük iş adamlarından biri də odur. Dörd şirkəti var. Həmin şirkətlərdə yüzlərlə adam çalışır. Bu şirkətlər müxtəlif sahələrə aiddir- bunlardan biri fərdi evlərin, inzibati binaların, sənaye obyektlərinin işıqlandırılması ilə məşğul olursa, digəri təbii bitkilərdən hazırlanmış kosmetik vasitələrin satışını təşkil edir. Daha başqası hüquqi xidmət göstərir, sonuncusu isə ticarət şirkətidir. Onalrın bəzilərinin Avropada da nümayəndəlikləri var…

Arzuları çoxdur: "Ən böyük arzum, Azərbaycandan çoxlu gənclər gətirib, burada yüksək təhsil verməkdir. İstəyirəm ki, ABŞ-ın idarəetmə strukturlarında bizimkilərdən də olsun. Bunun üçün burada zəngin şərait var. ABŞ-da milli mənsubiyyət rol oynamır, savad, bacarıq əsas amildir"…

…Ayrılarkən, şəklini istədim. Söylədi ki, tək şəkli demək olar yoxdur və bu şəkli verərək, "Qoy məni hər kəs xalqımın arasında görsün" dedi…



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53 Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə...   20 Aprel 2019, 16:38 “Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ 20 Aprel 2019, 16:31 Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya 20 Aprel 2019, 16:21 Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR 20 Aprel 2019, 16:04 Şabranda 2576 it, 24019 iribuynuzlu heyvan… 20 Aprel 2019, 15:49 Keçmiş prezidentin intihar məktubu yayıldı 20 Aprel 2019, 15:43 Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib 20 Aprel 2019, 15:24 Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA 20 Aprel 2019, 15:01 “Ayaks”ın büdcəsinə milyonlar axır 20 Aprel 2019, 14:50 Gənc futbolçumuz "Seltik"in transfer hədəfində 20 Aprel 2019, 14:49 Qaramalın piroplazmoz xəstəliyindən necə qorunmalı? 20 Aprel 2019, 14:47 Sabaha olan HAVA PROQNOZU 20 Aprel 2019, 14:45 Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb 20 Aprel 2019, 14:31 ABŞ səfiri XİN rəhbərlərinin mümkün görüşününü alqışlayır 20 Aprel 2019, 14:22 Ruh da cövlan edərmiş 20 Aprel 2019, 14:19 Gözlər yoldan yığılarmı... - XV YAZI 20 Aprel 2019, 14:15 “Zəif Ukrayna rəhbərliyi Azərbaycan üçün əlverişli deyil” – Deputatların seçki GÖZLƏNTİSİ 20 Aprel 2019, 13:59 Baş Nazir “Orfoqrafiya qaydalarına dəyişiklikləri təsdiqlədi - Bu sözlərin yazılışı dəyişdi - SİYAHI 20 Aprel 2019, 13:40 Azercell İT mütəxəsissləri üçün təlimlərə başladı 20 Aprel 2019, 13:31 Gənc Prezidentlər Təşkilatının nümayəndələri Azərbaycanda - FOTOLAR 20 Aprel 2019, 13:22 Heydər Əliyevin tanımadan təşəkkür etdiyi tikinti rəhbəri 20 Aprel 2019, 13:22 Qaret Beyl mövsüm sonu Madriddən gedəcək 20 Aprel 2019, 13:13 Əfsanəvi Raqif Orucova həsr olunmuş “Komandir”in təqdimatı oldu - VİDEO 20 Aprel 2019, 13:09  “Aprel fədailəri” yad olundu 20 Aprel 2019, 13:08