Modern.az

Məşhur “Ayrılıq” mahnısının müəllifi dünyadan köçdü  

Məşhur “Ayrılıq” mahnısının müəllifi dünyadan köçdü   

Allah rəhmət eləsi̇n

9 Fevral 2019, 21:15

Dünyaya səpələnmiş azərbaycanlıların Vətən həsrətini, bölünmüş millətimizin milli birlik arzusunu yüksək sənət dili ilə ifadə edən məşhur "Ayrılıq" mahnısının sözlərinin müəllifi, əslən Güney Azərbaycanın Ərdəbilin Korabas kəndindən olan şair Fərhad İbrahimi dünən Tehranda vəfat edob.

Modern.az-ın məlumatına görə, bu barədə xəbəri Xalq şairi, DAK həmsədri Sabir Rüstəmxanlı veib.

"Ayrılıq" şerinə musiqini Güney Azərbaycanın məşhur tarzəni və bəctəkarı Əli Səlimi yazıb. Mahnını ən gözəl ifa edən və dünyaya yayan Yaqub Zurufçudur. "Ayriliq" milyonlarla soydaşımızı birləşdirən bir könül körpüsüdür və öz müəlliflərini həmişə diri saxlayacaq.

Fərhad İbrahimi 1936-cı ildə dünyaya göz açmışdı.

Allah rəhmət eləsin...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir