Modern.az

Saxta içkidən 72 nəfər öldü

Saxta içkidən 72 nəfər öldü

9 Fevral 2019, 22:26

Saxta likördən 72 nəfər həyatını itirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Hindistanın şimalında yerləşən kəndlərdə qeydə alınıb. Tərkibində toksik metanol olan likördən

ölənlərin 64-ü Uttar Pradeş ştatında yerləşən Balpur və Uttaraxand kəndlərinin sakinləridir. Daha 22 nəfər ağır vəziyyətdə xəstəxanalara aparılıb.

 

İnsidentlə bağlı cinayət işi açılıb, saxta içkilərin hazırlanması və satışında şübhəli bilinən 30 nəfər isə həbs olunub. Müsadirə olunan yüzlərlə litr likör analiz götürülməsi üçün laboratoriyaya göndərilib. Saxlanılan şübhəlilərin arasında 10 polis nəfərinin də olduğu bildirilir. Onlara qarşı rüşvət müqabilində saxta içki alverinə şərait yaradılması ittihamı irəli sürülüb.

 

Ştatın qubernatoru həlak olanların ailələrinə 2800 dollar (200 min rupi) təzminat ödəməyi qərara alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir