Modern.az

“Breksit”dən sonra  Niderlandda 10 mindən çox iş yeri açıla bilər

“Breksit”dən sonra  Niderlandda 10 mindən çox iş yeri açıla bilər

10 Fevral 2019, 00:28

Böyük Britaniyanın Avropa Birliyindən çıxması prosesi yekunlaşdıqdan sonra bu ölkəni tərk etmək istəyən 250 şirkət Hollandiyaya yerləşə bilər. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Hollandiyanın Xarici sərmayələr üzrə agentliyinin (NFİA) rəsmi məlumatda bildirilir ki, həmin şirkətlərlə danışıqlar aparılır.

 

Bəyanatda daha sonra bildirilir ki, 2019-cu ildə “Discovery” və “Bloomberg” kimi şirkətlər də daxil olmaqla bir ısra firmalar “Breksit”lə əlaqədar bundan sonra Hollandiyaya sərmayə qoymaq niyyətində olduqlarını bildiriblər. “Breksit” sayəsində Niderlandda 10 mindən çox iş yerinin açılacağı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir