Arxiv
10 Fervral 2019, 14:01 | ƏDƏBİYYAT
Akademik Yaqub Mahmudov haqqında bir neçə söz

Vasif Qafarov,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun

“Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin

aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent 

 
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Əməkdar elm xadimi, Dövlət Mükafatı Laureatı, Milli Məclisin deputatı, görkəmli alim, akademik Yaqub Mahmudov haqqında söz söyləmək böyük məsuliyyət tələb edir. Ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməklə yanaşı, ömrünü Azərbaycan təhsilinə və elminə həsr edən Yaqub müəllim obyektivliyi, qərəzsizliyi, prinsipiallığı və amalına görə özünün dəst-xətti ilə seçilən və məhz bu xarakterlərinə tələbələrin, magistrlərin, doktorantların, tarixçilərin və onu tanıyan hər bir şəxsin yaddaşında dərin izlər buraxmış böyük bir şəxsiyyətdir. Yaqub müəllim həm də Tarix elmində özünün məktəbini yaratmış bir alimdir. Yaqub müəllim onlarla fəlsəfə doktoru və elmlər doktoru yetişdirmişdir. Bu gün Tarix elmimizin yükünü öz çiyinlərində daşıyan alimlərin böyük əksəriyyəti məhz Yaqub müəllimin yaratdığı məktəbin münayəndələridir.

 
Yaqub müəllimin əsərlərini hələ orta məktəb illərində oxusam da, mənim Yaqub müəllimlə ilk tanışlığım 20 il bundan əvvələ - 1999-cu ilə təsadüf edir. Mən 1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunmuşdum. Bu zaman Tarix fakültəsinin dekanı Yaqub Mahmudov idi. Tələbəlik illərindən Yaqub müəllimlə bağlı bir çox xatirələrim yaddaşımda qalmışdır. Onlardan biri haqqında bəhs etmək istəyirəm. Belə ki, mən üçüncü kursda oxuyan zaman Şərqi Avropa tarixindən imtahan verəndə müəllim mənə “yaxşı” yazırdı, amma mən “əla” qiyməti istədiyimdən bununla razılaşmadım, nəticə etibarilə müəllimlə mənə “qeyri-kafi” yazması və kəsrdən sonra təkrar imtahan verəcəyim haqqında razılaşdıq. Fikrim də o idi ki, təkrar imtahan verəndə mütləq “əla” qiyməti ala biləcəyəm. Nə isə, bu şəkildə müəllimlə razılaşdım və imtahan otağını tərk elədim. İmtahan bitdikdən sonra müəllim imtahan vərəqi ilə dekanın yanına girdikdə, Yaqub müəllim imtahan nəticələri ilə tanış olur. Bu zaman mənim qiymətlərimin hamısı “əla” olduğu halda bu imtahandan niyə “qeyri-kafi” almağımla maraqlanır. Müəllim də bildirir ki, Vasif Qafarova “yaxşı” qiyməti yazırdıq, lakin o, “əla” qiyməti istəyirdi deyə bununla razılaşmadı və kəsrdən sonra yenidən imtahan verməsi üçün bizə təkidlə özünə “qeyri-kafi” yazdırdı. Yaqub müəllim “belə tələbəyə “əla” qiyməti halaldır” deyib, dərhal imtahan vərəqinin dəyişdirilməsi və mənə “əla” qiymətinin yazılması haqqında göstəriş vermişdi. Bu hadisədən sonra Yaqub müəllim məni gördüyü halda bu barədə mənə heç nə deməmişdi. Bütün bunlardan xəbərsiz olan mən tətildən qayıtdıqdan sonra kəsr imtahanlarının verilməsi vaxtı dekanlıqda mənim adıma göndərişin olmadığını görüb bunun səbəbini soruşduqda, mənə “sənin kəsrin yoxdur” dedilər. Necə olur, mən Şərqi Avropa tarixindən “qeyri-kafi” almışam dedim. Mənə imtahandan sonra Yaqub müəllim sənin niyə “qeyri-kafi” aldığını bilib və dərhal həmin imtahan vərəqində sənin qiymətini “əla” yazdırıb deyib, bütün bu sadaladıqlarımı nəql etdilər. Bu Yaqub müəllimin mənə böyük dəstəyi və jesti idi. Bundan başqa, Yaqub müəllim özü bizdən Orta əsrlər tarixi fənnindən imtahan götürəndə mənim seminar qiymətlərimi nəzərə alıb məni imtahandan azad edib, “əla” qiyməti yazmışdı. Bu şəkildə Yaqub müəllim hər zaman oxuyan tələbələrin yanında olur, onlara hər cür dəstək olur və problemlərini həll edərdi. Yaqub müəllim sərt göründüyü qədər də mülayim, ürəyiyumşaq və xeyirxah bir dekan kimi yaddaşlarımızda qalmışdır.

 
Biz magistraturada oxuyan zaman, 2004-cü ildə Yaqub müəllim AMEA A.A.Bakıxanov adına Tarix İnstitutuna direktor təyin edildi və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı vəzifəsindən ayrıldı. Mən 2005-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin magistratura pilləsini fərqlənmə ilə bitirib, 2006-cı ildə doktoranturaya daxil oldum, 2009-cu ildə “Şimali Azərbaycan məsələsi Türkiyə-Rusiya münasibətlərində (1917-1922-ci illər)” mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə edib tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görüldüm. Bir neçə il Bakı Dövlət Universitetində və Azərbaycan Universitetində pedaqoji fəaliyyətlə məşğul oldum. 2013-cü ildə Yaqub müəllim məni Akademiyaya dəvət etdi. 2011-ci ildə çapdan çıxmış “Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922)” adlı kitabımı çox yüksək qiymətləndirən Yaqub müəllim təkidlə məni elmi fəaliyyətlə məşğul olmağa və doktorluq dissertasiyası yazmağa dəvət etdi. Beləcə 2014-cü ildə Tarix İnstitutunda elmlər doktorluğu hazırlığı üzrə dissertanturaya qəbul olundum. Bundan sonrakı elmi fəaliyyətim Yaqub müəllimin nəzarəti altında, onun elmi məsləhətçiliyi ilə davam etdi. Məhz Yaqub müəllimin tövsiyəsi ilə “Birinci dünya müharibəsi illərində Osmanlı imperiyasının Azərbaycan siyasəti” mövzusunda doktorluq dissertasiyası üzərində işləməyə başladım. Dissertanturada oxuduğum zaman paralel olaraq həm də Azərbaycan Universitetində pedaqoji fəaliyyətlə məşğul olduğumdan dissertasiya işimi yazmağa çox vaxt sərf edə bilmirdim. Elmi işimin ləngidiyini görən Yaqub müəllim tövsiyə etdi ki, hələlik pedaqoji fəaliyyətdən ayrıl, elmi işini bitir. Çünki bu iş Tarix elmimiz üçün çox böyük aktuallıq kəsb edir. Pedaqoji fəaliyyətlə məşğul ola-ola bu işi yazıb bitirmək mümkün olmayacaq. Mən də Yaqub müəllimin tövsiyəsi üzrə hərəkət etdim, universitetdən ayrıldım və bütün diqqətimi dissertasiya işinə yönəltdim. Dissertasiyamı vaxtında bitirib müzakirəyə təqdim etdim. Əslində belə demək mümkünsə, Yaqub müəllim bu işi təkidlə mənə yazdırdı. Məni hər gördüyündə işin nə yerdə olduğunu soruşur və tezliklə işi yazıb bitirməyimi tövsiyə edirdi. Həmçinin elmi işimlə bağlı əsas arxiv sənədləri Türkiyə arxivlərində olduğundan ezamiyyətə getməli idim. Yaqub müəllim məni ehtiyac duyduğum ezamiyyətələrə göndərdi. Dissertasiya işimi yazıb başa çatdırmağım üçün nə dəstək lazımdırsa, Yaqub müəllim bu dəstəklərin hamısını mənə verdi. Bir sözlə, doktorluq dissertasiyamı yazıb başa çatdırmağımda mənə elmi məsləhətçilik etməklə, dəyərli tövsiyələr verməklə, yol göstərməklə yanaşı, həmçinin hərtərəfli dəstək olan, diqqət və qayğı göstərən Yaqub müəllimə borcluyam. Müşahidələrimdən gördüyüm odur ki, Yaqub müəllim bu münasibəti təkcə mənə qarşı deyil, elmi potensialı olan hər bir dissertanta, doktoranta və alimə qarşı göstərir. Ömrünü Azərbaycan tarix elminin inkişafına, cəmiyyətimizin tərəqqisinə həsr edən Yaqub müəllim əsl alim və əsl ziyalı kimi hamımıza örnəkdir.

 
Vətənini, millətini, dövlətini sevən, görkəmli alim, akademik Yaqub müəllimi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm və ona möhkəm cansağlığı, uzun ömür və həmişə indiki kimi uca olmağı arzu edirəm.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Poroşenko siyasətdən getməyəcəyini açıqladı 21 Aprel 2019, 21:57 Vladimir Zelenski xalqa müraciət etdi 21 Aprel 2019, 21:34 Bir sutkada Suriyaya 1066 qaçqın qayıdıb 21 Aprel 2019, 21:19 Ukraynanın yeni  prezidenti  Zelenskidir 21 Aprel 2019, 21:01 Türkiyədə zəlzələ oldu 21 Aprel 2019, 20:45 “Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu 21 Aprel 2019, 20:33 Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb 21 Aprel 2019, 20:21 Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər” 21 Aprel 2019, 20:09 Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovuzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək   21 Aprel 2019, 13:30 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22 Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı   21 Aprel 2019, 12:29 Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK 21 Aprel 2019, 12:01 Kürdəmirdə YANĞIN:  5 nəfər yaralandı 21 Aprel 2019, 11:58 Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB 21 Aprel 2019, 11:28 Kürdə suyun səviyyəsi artdı 21 Aprel 2019, 11:19 Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir 21 Aprel 2019, 10:49 Ukraynada prezident seçkilərinin II turu keçirilir 21 Aprel 2019, 10:26