Arxiv
10 Fervral 2019, 14:06 | ƏDƏBİYYAT
İspanaq

Tural Turan

 (esse)

 

O hadisədən sonra Avdı baba ilə bir də qarşılaşmadıq. Amma hər gün yolum onun dükanının qarşısından keçirdi. O gün eşitdim ki, Avdı kişi rəhmətə gedib.

Atam Moskvada idi. İşləyirdi. Mən də üçüncü sinifdə oxuyurdum. Hardasa, 1998-ci ilin söhbətidir. Neçə gün idi ki, evimizdə pul qurtarmışdı. Atamın göndərdiyi pul da gəlib çıxmaq bilmirdi. Yalan olmasın, bəlkə də bir həftə idi ki, evimizdə eyni cür yemək bişirdi; ispanaq sıxması. Artıq yeməkdən də bezmişdik. Anam pencərdən bezdiyimizi görüb hər gün bu yeməyin bir başqa formasını bişirirdi ki, ağız dadımız dəyişsin.

O vaxt şənbə günləri də dərs olurdu. İndiki kimi yadımdadır. İkicə dərsimiz vardı. "Ana dili" və “Oxu”. Birinci saat "Ana dili" dərsi idi. "Ana dili dəftəri"m dolmuşdu. Allahdan axırıncı vərəqinə ev tapşırığımı yaza bilmişdim. Müəllimim təzə dərsə başlayanda dedi ki, sən niyə yazmırsan? Qayıtdım ki, dəftərim dolub:

-Qaç dükandan dəftər al gəl...

Yerimdən tərpənmədim. Üstümə təbaşir atdı. Əsəbləşmişdi. Tez sinifdən çıxdım. Gözlərim dolmuşdu. Cibimdə pul yox idi. Evə getsəydim, əliboş qayıdacaqdım. Məcbur qalıb yaxınlıqdakı dükana getdim. Baxdım ki, dükan sahibinin başı qonşusu ilə söhbətə qarışıb. Bir 40 vərəqli dəftər götürüb qaçdım. Məktəbə sarı üz qoydum. Yenicə dabanıma tüpürüb yellənmişdim ki, dükançı Avdı kişi arxamca yüyürdü. Heyva ağacından yontaladığı koxanı arxamca salaveylədi.

Düz məktəbin qapısına kimi dalımca düşdü. İncəvara arındanmı, kişiliyinə sığışdırmadığındanmı məktəb qapısından içəri addım atmadı. Təngnəfəs sinifə girdim. Tövşəyə-tövşəyə yerimə keçdim. Üzüm od tutub yanırdı. Boynumdan üzü aşağı tər puçurları parıldamağa başlamışdı.

Dəftəri açanda gördüm ki, “kərpiclidir”. Yəni, hesab dəftəridir. "Ana dili" üçün nəzərdə tutulanlardan deyil. Qanım qaraldı. Müəllimə dedim ki, “Ana dili dəftəri” olmadı. Müvəqqəti buna yaza bilərəmmi? Qayıtdı ki, parta yoldaşından  bir qaralama dəftər varağı al, ona yaz. Bu dəftəri də riyaziyyat dərsində istifadə edərsən. Lap dilxor oldum...

Uşaqlar sinifdən çıxdı. Mən məktəbin arxasındakı moruq kolluğuna sarı qaçdım. Pis iş tutduğum üçün hava qaralana qədər oradan çıxmadım. Axşam düşdü, Avdı kişi dükanı bağlayıb, işığını söndürdü. Ondan sonra başımı aşağı salıb, ürkək addımlarla evə getdim. Anam niyə gec gəldiyimi soruşdu. Məşğələdə olduğumu söylədim... İnandırmaq üçün hətta çoxdandır üzünə həsrət qaldığım atamın canına and içdim.

Gecə yata bilmədim. Avdı kişinin topuğuma dəyən koxasının yeri ağrıdırdı. Elədiyim hərəkətin utancı yadıma düşəndə isə ağrı kəsirdi. Səhər açılan kimi gedib məhələdən bir qucaq ispanaq yığdım. İspanağı görünməz sellofan torbağa büküb Avdı kişinin dükanının qapısının ağzına qoydum. Üzərinə isə bir kağıza dörd cümləlik məktub yazıb yapışdırmışdım: “Avdı baba, mənəm, Mətləbin oğlu. Dünən dükanınızdan dəftəri mən oğurlamışdım. Evimizdə pul yox idi, əvəzinə ispanaq gətirmişəm... Atam gələndə pul gətirəcəyəm, “riyaziyyat”ı “ana dili” ilə dəyişərsiniz...”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Poroşenko siyasətdən getməyəcəyini açıqladı 21 Aprel 2019, 21:57 Vladimir Zelenski xalqa müraciət etdi 21 Aprel 2019, 21:34 Bir sutkada Suriyaya 1066 qaçqın qayıdıb 21 Aprel 2019, 21:19 Ukraynanın yeni  prezidenti  Zelenskidir 21 Aprel 2019, 21:01 Türkiyədə zəlzələ oldu 21 Aprel 2019, 20:45 “Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu 21 Aprel 2019, 20:33 Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb 21 Aprel 2019, 20:21 Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər” 21 Aprel 2019, 20:09 Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovuzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək   21 Aprel 2019, 13:30 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22 Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı   21 Aprel 2019, 12:29 Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK 21 Aprel 2019, 12:01 Kürdəmirdə YANĞIN:  5 nəfər yaralandı 21 Aprel 2019, 11:58 Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB 21 Aprel 2019, 11:28 Kürdə suyun səviyyəsi artdı 21 Aprel 2019, 11:19 Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir 21 Aprel 2019, 10:49 Ukraynada prezident seçkilərinin II turu keçirilir 21 Aprel 2019, 10:26