Modern.az

Hindistanda saxta içkilərdən üç gündə 97 nəfər öldü

Hindistanda saxta içkilərdən üç gündə 97 nəfər öldü

10 Fevral 2019, 20:52

Hindistan şimalında ştatların birində üç gün ərzində saxta içkilərdən 97 nəfər ölüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, fevralın 7-də Ballupur kəndində bir neçə sakin dəfn mərasimində iştirak edərək alkoqollu içki qəbul edib. Sakinlər növbəti gün səhhətlərinin pisləşdiyini hiss ediblər.

 

Ölənlər haqqında ilk xəbər cümə günü daxil olub və bundan sonra hadisənin araşdırılmasına başlanılıb.

 

Polis keçirdiyi əməliyyat nəticəsində 10 min litrdən çox qeyri-qanuni alkoqollu içki müsadirə edilib, 200-dən çox insan saxlanılıb. Hadisə ilə bağlı bir neçə rəsmi vəzifəsindən uzaqlaşdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir