Arxiv
11 Fervral 2019, 08:23 | DİASPOR
Pensilvaniyanın azərbaycanlı ekoloqu: “Amerikada yaşamaq istəyənlərə bir tövsiyəm var...”  

Həssas, düyğusal, çox mehriban xanımdır. Eyni zamanda çətinliklərdən qorxmayan, əzmkar, iradəli, cəfakeş anadır. Azərbaycandan Amerikayadək uzun yol gəlib…

Haqqında söhbət açdığım Nailə Əliyeva Bakıda anadan olub. 1982-ci ildə orta təhsilini başa vuraraq, Bakı Dövlət Universitetinə qəbul olunub. 1987-ci ildək BDU-nun Biologiya fakültəsində ali təhsilə yiyələnib. Bir müddət işləməyib, övladlarını böyüdüb. 1990-1995-ci illərdə Binəqədi rayonunda Tibbi Bərpa Xəstəxanasının laboratoriyasında tədqiqatçı vəzifəsində çalışıb. 1995-1997-ci illərdə 19 nömrəli orta məktəbdə kimya-bialogiya müəllimi işləyib. 1997-1998-ci ilərdə övladlarının tərbiyəsi ilə məşğul olub, evdə repetitorluq edib. 1999-2000-ci illərdə Soros fondunun dəstəyi ilə açılmış Bakı Təhsil Məlumat Mərkəzində assistent olub. 2000-2002-ci illərdə ABŞ-ın İndiana Universitetində ekologiya üzrə magistr dərəcəsinə yiyələnib. 2002-ci ildə vətənə dönərək, 2006-cı illədək BP-də ətraf mühit üzrə məsləhətçi vəzifəsində çalışıb. 

2006-cı ildən ABŞ-da yaşayır. 2015-ci ilə kimi BP-nin Çikaqo ətrafındakı şirkətində ekologiya və əməyin mühafizəsi üzrə mütəxəsis vəzifəsində çalışıb. 2015-2017-ci illərdə ekologiya və əməyin təşkili üzrə azad məsləhətçi kimi fəaliyyət göstərib. 2017-ci ildən İsveçin ABŞ-dakı "İKEA" mebel şirkətində davamlı inkişaf üzrə mütəxəsis vəzifəsində çalışır…

Deyir ki, - "Təhsil almaq arzusunda olanlara aid deyil, Amerikada yaşamaq istəyənlərə bir tövsiyəm var. Əgər vətəndə dolanışığın varsa, ailəni pis-yaxşı dolandırırsansa, qohum-əqrabadan ayrı düşüb qürbətdə yaşamağına dəyməz. Adam bura gələndən sonra başa düşür ki, arxada sevdiyin insanların məhəbbətini, sənə göstərilən qayğını, dostlarını qoyub gəlmisən"…

…Səyahəti çox xoşlayır. Cənubi, Mərkəzi Amerikanı, Afrikanı, Avropa və Asiyanı çox gəzib-dolaşıb. Həftənin 5-6 gününü idmanla məşğul olur. Təbiət qoynunda saatlarla gəzməyə vaxt ayırır. Mütaliyə etməkdən zövq alır...

…İki oğlu var. İkisi də Amerikada ali təhsil almış mühəndisdir…

Deyir ki,- "Xoşbəxtlik maddi imkanla ölçülmür. Əgər sənin üzündə təbəssüm varsa, gülə bilirsənsə demək xoşbəxtsən. Böyük oğlumu Niderlanda yola salanda ona söylədim ki, həyatın heç bir anını yenidən eyni ilə yaşaya bilməyəcəksən. Sənin dünyaya baxışın, fikirlərin, həyat tərzin, münasibətin, mövqeyin, hər şey dəyişəcək"... 

…İstəyir ki, Azərbaycan qızları tez ərə getməsinlər. Ən azı orta təhsil alsınlar, elmə maraqlı olsunlar, çalışıb ali təhsilə yiyələnsinlər. Savadlı qadın cəmiyyət üçün gərəkli övladlar, vətəndaşlar yetişdirə bilir…

…2011-2012-ci illərdə Azərbaycana gedərək "Yaşıl içki" adı altında 10 dəfə ayrı-ayrı məkanlarda ekaloji söhbətlər təşkil edib. Həmin tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, QHT nümayəndələrinin iştirakı ilə gəncləri bu mövzuda maarifləndirməyə çalışıb…

Pensilvaniya ştatının Filadelfiya şəhərində yaşayan bu azərbaycanlı xanıma uğurlar arzulayırıq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şri-Lankada 6 partlayış: 42 ölü 21 Aprel 2019, 10:08 Doğum və ölüm günü bir yerdə qeyd olunan aktrisa - Məşhur cütlüyün ailə FACİƏSİ - FOTOLAR 21 Aprel 2019, 09:49 Ermənilər cəbhədə təxribatlara davam edir 21 Aprel 2019, 09:44 Rektor gənclərə daha 10 tövsiyə verdi: “Hər işi öz zamanında görün” 21 Aprel 2019, 09:26 Bu gün 11-ci sinif şagirdləri buraxılış imtahanları verir 21 Aprel 2019, 09:21 Tanrı pıçıltısını sözə çevirə bilən xanım 21 Aprel 2019, 09:11 Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə  suçlanan icra başçısının müavini: "Videonu mən çəkmişəm" - AÇIQLAMA  21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38 “Akif Çovdarova 3 milyon manat verə biləcəyimi söylədim” - Tağı Əhmədov 20 Aprel 2019, 23:37 Bu ölkədə 1 milyon işçi axtarılır 20 Aprel 2019, 23:14  “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər 20 Aprel 2019, 22:57 Moskva xatirələri - VI HİSSƏ 20 Aprel 2019, 22:55 Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı 20 Aprel 2019, 22:39 Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02