Arxiv
11 Fervral 2019, 09:47 | ÖLKƏ
Dövlətə xəyanət edən azərbaycanlı tutuldu - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.

 

Bu haqda Modern.az-a DTX-nın İctimai əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.

 

Müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Həmin şəxslər A.Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. A.Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

 

Araşdırmalar zamanı A.Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib.

 

A.Ələkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bəzi geyimlər sağalmaz xəstəliklər yaradır - VİDEO 20 Aprel 2019, 00:29 Ukraynada sükut günüdür 20 Aprel 2019, 00:14 Yunanıstan Almaniyadan təzminat tələb edir 19 Aprel 2019, 23:56 Azərbaycan nefti 75 dollaradək  bahalaşdı 19 Aprel 2019, 23:34 Xətaidə anbarda başlayan yanğın söndürüldü 19 Aprel 2019, 23:19 Şəmkirdə ağır qəza: 1 ölü, 3 yaralı 19 Aprel 2019, 23:03 İran 290 cəsus aşkarlayıb 19 Aprel 2019, 22:46 Yasamalda mənzil siqaretdən yandı 19 Aprel 2019, 22:24 “Mənim üçün şərəfdir” – İmamoğlu Ərdoğanla görüşündən yazdı 19 Aprel 2019, 22:11 Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığı 19 Aprel 2019, 21:49 “Bu pullar Allah naminə yığılırsa da, kimlərinsə cibinə gedir” - Sabir Rüstəmxanlı 19 Aprel 2019, 21:33 Prezidentliyə namizədlərin debatı başlayıb - CANLI YAYIN 19 Aprel 2019, 21:17 “Neftçi” liderlə xal fərqini qorudu 19 Aprel 2019, 21:06 Prezident Administrasiyasının rəhbəri istefa verdi 19 Aprel 2019, 20:51 “Traktor”un oyununda qarşıdurma: xeyli yaralı var - VİDEO 19 Aprel 2019, 20:36 Bakıda İran Ticarət Mərkəzi  açıldı 19 Aprel 2019, 20:18 İstanbulda Qaşıqçının ölümündə şübhəli bilinən cəsus saxlanıldı 19 Aprel 2019, 20:06 Son illər rus bölməsində təhsil alan şagirdlərin sayı  dəyişməz qalıb - Təhsil Naziri 19 Aprel 2019, 19:58 Bakıda kişi ona ərə getmək istəməyən qadını öldürüb - TƏFƏRRÜAT 19 Aprel 2019, 19:49 “Elinanın ölümü bizim üçün sarsıdıcı oldu - Ceyhun Bayramov 19 Aprel 2019, 19:40 Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib - FOTO   19 Aprel 2019, 19:32 Tənqidlər konstruktiv olarsa biz məsələni daha tez həll edə bilərik - NAZİR 19 Aprel 2019, 19:23 Polis 3 il əvvəl törədilən qətlin üstü açdı 19 Aprel 2019, 19:14 Vüqar Rəhimzadə: Antiazərbaycan qüvvələrin çirkin kampaniyasına tutarlı cavab ölkəmizin uğurlu inkişafıdır   19 Aprel 2019, 19:05 Şəmkirdə ağır yol qəzası: 1 ölü, 3 yaralı var   19 Aprel 2019, 18:58 Xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün müsabiqə şərtləri AÇIQLANDI   19 Aprel 2019, 18:49 Ramil Usubov 372 nəfəri işə götürdü   19 Aprel 2019, 18:40 İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edəcək 19 Aprel 2019, 18:31 Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb   19 Aprel 2019, 18:23 İstirahət günlərinin HAVASI: Yağış, qar yağacaq   19 Aprel 2019, 18:15