Modern.az

Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə - I YAZI

Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə - I YAZI

11 Fevral 2019, 10:08

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor

 

Söz insan qəlbinə yol tapırsa, onda müqəddəsləşir, hikmət xəzinəsi kimi ürəkləri fəth edir, diri və canlı olur. Hər zamanın, dövrün ən tutarlı silahı rolunu oynayır. Belə hikmət xəzinəsi sırasında türkün yazılı abidələri mühüm rol oynayır. Həmin yazılı abirtürnya,işətini,dünyaşünü, psixologiyasını,  düşüncə   tərzini  yaşatmaqla yanaşı, yarandığı tarixi dövrün özünəməxsusluqlarını da yaşadır. Türkün belə yazılı abidələri sırasında “Oğuznamə”lərin, “Qutadqu biliy”in, “Divani lüğət-it-türk”ün və digərlərinin rolu böyükdür. Bu qəbildən olan kitablarda sözlərin mənaları çox mətləblərdən xəbər verir.


Qeyd olunan yazılı abidələr konkret bir tarixi dövrə aid mənbələr olsa da, əslində bir neçə əsr əvvəlki düşüncə tərzini də özündə əks etdirir. Məsələn, “Oğuznamə”nin XVI əsrin sonunda, yaxud XVII əsrin əvvəllərində qələmə alındığı güman olunsa da, əslində buradakı atalar sözü və məsəllərin böyük əksəriyyəti IX-XI əsrlərə aiddir. Deməli, buradakı atalar sözü və məsəllərin unudulmamasının səbəbi onunla bağlıdır ki, türkün yaratdıqları  elə  türkün  özünün   də  hafizəsində,  yaddaşında, şüurunda həmişə yaşayıb və indi də yaşamaqdadır. Bu atalar sözünün və məsəllərin potensialı, imkanı, daxili enerjisi türk düşüncə tərzinin imkanları çərçivəsindədir. Eyni zamanda onların genetik yaddaşı türkün ruhuna, etnik təfəkkür tərzinə həmahəngdir. Türkün yazılı abidələrinin hər birinin məzmunu mütləq mənada yekcins deyildir, ona görə ki, türkün özünün həyat tərzi yekcins olmamışdır. Vuruşmalar, çarpışmalar, təbiətin özü ilə üz- üzə  dayanmaq,  ağlı-qaralı  həyat  tərzi,  uğurlar  və  uğursuzluqlar, həyatın müxtəlif anları ilə təkrar-təkrar qarşılaşmalar, qələbəni alın təri ilə qazanmaq və sair, və ilaxır  – bütün bunların hamısı türkün hafizəsindən, yaddaşından təcrübə sınağının nümunəsi olan atalar sözlərinin, məsəllərin süzülüb gəlməsinə imkan yaratmışdır. Nəticədə həyat sınağından çıxmış atalar sözləri və məsəllər, həm unudulmamış, həm də əsas məzmunu saxlamaqla bəziləri müasirləşmiş, yeni forma və üslubda günümüzün gerçəkliklərinin hər anında istinad yerimiz kimi köməyimizə çatmışdır.


Türk kimi poetik şəkildə fikir söyləmək təkcə bədii təfəkkür  tərzinə  malik  olmaqla  kifayətlənmir, həm də ən azı təbiətin özü qədər qədim olmağı, hissiyyatlı və emosional olmağı, qavrayış və düşüncə dərinliyinə malik olmağı, həyatı həyat kimi yaşamağı, həyatın və təbiətin dilini bilmək bacarığını, ruhlu olmağı, obrazlı danışmaq qabiliyyətini, ən başlıcası dil və təfəkkür qədimliyini tələb edir. Elə bunun nəticəsidir ki, türkün folkloru da, dili də, məişəti də, mədəniyyəti  də,  etnoqrafiyası  da  günəş  kimi  hərarətli, su kimi dupdurudur. Türkün folklorunun gücünü, təsir qüvvəsini həyatın, zamanın konkret məqamında,  çətin  və  asan  şəraitdə  hiss  etməli  olursan. Türkün bədii düşüncə tərzi o qədər dərin və rənga – rəng olmuşdur ki, onun dilindəki sözlər ən azı dualist, sonralar çoxmənalılıq məzmunu kəsb etmişdir. “Türkün sözü”, “türkün məsəli” ifadəsi də buradan yaranmış, dualist xarakterli atalar sözləri və məsəllər də buradan köklənmişdir.


Türkün bədii düşüncə tərzi ilə yanaşı, onu bütün həyatı boyu siyasi düşüncə tərzi də müşayiət etmiş, izləmişdir. Bədii və siyasi düşüncə tərzinin sintezi dövlətçilik maraqlarının ortalığa çıxmasına mütləq şəkildə şərait yaratmışdır. Bunu “Orxon-Yenisey” yazılı abidələrinin və “Qutadqu bilik” əsərinin məzmunu mütləq mənada təsdiq edir. Ümumiyyətlə, türk yazılı abidələrindəki hərbi terminologiya, dövlət və dövlət rütbələrinin tərənnümü dediklərimizə sübutdur. Onu da qeyd edək ki, dildə varlığı olmayan anlayışları ifadə edən sözlər yoxdur. Əgər varlıq vardırsa, onda həmin varlığın adını bildirən söz də vardır. Bu mənada türk yazılı abidələrində hərb sahəsi ilə bağlı, eləcə də dövlətçiliklə əlaqəli olan külli miqdarda sözlər vardır. Həmin sözlər türkün həyatında, məişətində varlığı olan anlayışların adı kimi yazılı abidələrimizdə də dərin iz salmışdır. Özü də eyni anlayışları bildirən sözlər müxtəlif yazılı abidələrdə işlənmişdir. Məsələn, orta türk dövrünün yazılı abidələrində eyni anlayışı bildirən sözlərin hər biri dərin kök salmışdır. Misala diqqət yetirək:

 

Qorxaq əsgərin cəsarət alması üçün

başıqəhmanvəsurolmadır.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 164).

 

Yaxud:

Özünsübaşıyaelbaşıolsan,

Doğru ol, qulağını, gözünü iti tut.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 309).

 

Başqa bir misal:

 

başıiləirişənyurtdançıqar.

(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 117).

 

Burada başı“sərkərdə” deməkdir. Əski türkcədə “qoşun”, başı“sərkərdə” mənasında olmuşdur.

Türkün hikmət xəzinəsində ən dəyərli cəhətlərdən biri böyüyə, kiçiyə doğma münasibət, onların əzizlənməsi və hörmətli tutulmasıdır. Məs.:

 

Həmişə hörmət görmək istəsən,

Başqalarına hörmət et, ey yüksələn insan.

yüyü böyük tut, hörmətini gözlə,

də dövlət və ululuq səadəti gələr.

Dinləatalarsözüdeyir,

Atalarsözünəəməledəningözüaçılar:

Böyüklərmöhtərəmdir, bu, dünyanınqanunudur,

Böyük adam gəlsə ayağa qalx.

Kiçiklər böyüyə hörmət etməlidirlər,

Böyük də kiçiyə eyni münasibət bəsləməlidir.

 

Türkün düşüncəsində böyüyə hörmət, hətta xidmət səadətə yetməyin yollarından biri hesab olunmuşdur.

Böyüklərin sözünü böyük tutmaq kiçiyə böyüklük gətirən işlərdən biri sayılmışdır. Türkün düşüncəsində böyüklüyün özünə dualist mövqedən yanaşılmışdır. Böyüyə xidmət göstərmək dedikdə həm vəzifəcə böyük, həm də yaşca böyük nəzərdə tutulmuşdur. Məs.:

 

Nə gözəl söyləmiş bilikli hakim,

Hakimlər sözünü ucuz tutma:

Kiçiyə böyüklük böyükdən gələr,

Böyüyə xidmət etsə, kiçik səadətə çatar.

Böyüklərin sözünü dinlə, əmrlərinə yürü,

Böyüksözütutanarzusunayetər.

Böyükləriqbaldır, iqbalaqovuşmaqistəsən,

Xidmət et, iqbalın rəhni xidmətdir.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 311).

 

Türkə görə, yol da, ədəb-ərkan da, söz də böyüyün ixtiyarındadır. Böyüyün əlində olan bu yola qoşulan xeyir tapar, onun sözünə qulaq asanlar xoşbəxt olar. Odur ki, türkə görə, kiçik həmişə böyüyün yanında özünü suçlu hesab etməlidir. Məs.:

 

Sözulunun, suçkiçinin.

Kiçilərsuçişlər, ulularbağışlar.

 

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, dilimizdəki “Yol böyüyün, su kiçiyindir” atalar sözündə “su kiçiyindir” ifadəsi təhrif olunmuşdur. Əslində bu ifadə, göründüyü kimi, tarixən “suç kiçiyindir” şəklində olmuşdur. Yəni böyüyün yanında kiçik həmişə suçludur, günahkardır.


Suçu, günahı olmayan yoxdur. İnsan olan kəs yaşayırsa, fəaliyyət göstərirsə, mövqe sahibi olursa, onun suçu, günahı, səhvi də olur. Odur ki, suçu, günahı, səhvi olanları bağışlamağın özü də bir müdriklik tələb edir. Müdrik olan kəslər suçu, günahı, səhvi olanları bağışlamağı bacarırlar. Adamlar səhv, günah etdikdə onlara töhmət verilməsi barədə şərq-islam dünyasının gərəkli əsəri olan “Siyasətnamə”də yazılır: “Bir adamı irəli çəkib böyütmək üçün çox vaxt və zəhmət tələb olunur. Onlardan bir xəta baş verdikdə açıq töhmət edilsə, rüsvay olarlar, sonra nə qədər əzizləyib tərifləsən də əvvəlki yerini tuta bilməzlər.  Ona  görə  daha  yaxşısı  budur:  belə  bir  adam səhv etdikdə dərhal onu çağırtdırıb sözarası deməlidirlər ki, nə üçün belə edirsən, biz öz irəli çəkdiyimizi yerə vurmur, öz qaldırdığımızı yıxmırıq. Bu səfər səni bağışlayırıq, bundan sonra özünə fikir ver, bir daha səhv buraxma, yoxsa, mövqeyini itirər, hörmətdən düşərsən. Onda təqsir özündədir, bizdə yox”. (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 112).


Kiməsə qarşı əsəbi, hirsli olmaq tarix boyu heç bir fayda verməmiş, nəticəsi peşmançılıq yaratmış, insanı hörmətdən salmışdır. Ona görə də hirsli adamın özünü ələ alması, təmkinli, səbirli olması təsdiq edilmiş bir həyat təcrübəsidir, ən böyük igidlikdir. Ən igid adam barəsində Həzrəti Əlidən soruşanda o demişdir: “Ən igid adam odur ki, hirslənəndə özünü ələ ala bilə, elə bir iş tutmaya ki, hirsi soyuyandan sonra peşman ola, o da fayda verməyə”. (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 112). Nizamülmülk  yazır:  “Adamın  ağlının  kamilliyi  hirslənməməkdə, hirsləndikdə isə hirsin ağıla deyil, ağlın hirsə üstün  gəlməsindədir.  Kimin  hissi  ağlına  üstün  gəlsə, hirslənəndə qəzəb ağlının gözünü tutar, onun bütün varlığına hakim olar, nə əmr etsə, adam da dəlivarı onu yerinə  yetirər.  Əksinə,  kimin  ağlı  hissinə  qalib  gəlsə, hirsləndikdə ağıl hissi boğar hamı onun hirsləndiyini görsə də, o, ağılların bəyəndiyi işləri görər və əmrləri verər”. (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 112). Hirsin, qəzəbin hikkənin — hər şeyin başında səbir dayanır. Səbirli olmaq insanı bütün çətinliklərdən qoruyur, alnıaçıq, üzüağ edir, peşmançılıqdan uzaq edir. Nizamülmülk müdrik adamların səbir barəsində dediklərini belə söyləyir: “Səbir yaxşıdır, lakin məqsədə nail olan vaxt daha yaxşıdır; nemət yaxşıdır,  lakin  naşükürlük  olmasa  daha  yaxşıdır;  taət yaxşıdır,  lakin  şüurla  və  Allah  qorxusu  ilə olsa, daha yaxşıdır”. (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 113).


Türk kiçik, böyük münasibətlərinin qoruna bilməməsini də nəzərdən qaçırmamış, bunu daha çox zamanın günahı kimi atalar sözündə gələcək nəslə çatdırmışdır. Məs.:


Şimdi bir zamandır, küçük böyügə... ögrədür.

(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 121).


Ancaq ulularımızın hər şeyi zamanın üstünə yıxması da türkün bədii düşüncəsinin bir priyomu kimi qəbul olunmalıdır. Görünür ki, türk burada böyük-kiçik  münasibətlər sisteminin pozulmasını daha çox zamanın, dövrün, mühitin dəyişməsində axtarmışdır. Bununla belə, onu da yaxşı bilmişdir ki, zamanın da, dövrün də, mühitin də övladı insandır. O insan ki, həmin insan valideynindən daha çox zamanına, dövrünə, mühitinə bənzəyir. Ancaq buna baxmayaraq, türk babalarımız hər bir kəsin – böyüyün də, kiçiyin də boynuna yük qoymuşdur. Hər bir kəsi məsuliyyətini dərk etməyə çağırmışdır və böyüklərə üzünü tutaraq belə söyləmişdir:


Çalış ki, kiçiklər səni saysınlar,

Onlarla zarafatlaşma, dilini saxla

 İş bir səhvləri olsa, cəzalandır,

Başlı-başına qoyma, nəzarət et.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 311).

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi