Arxiv
11 Fervral 2019, 11:12 | AKTUAL
Çexiya səfiri Bakı Dövlət Universitetində

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekertlə görüşüb.

Modern.az xəbər verir ki, görüş zamanı ölkələrimiz arasında yüksək səviyyəli tarixi əlaqələrə toxunan F.Qurbanov mövcud əlaqələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən müddət ərzində ikitərəfli münasibətlərdə böyük nəticələr əldə edildiyini bildirib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çex Respublikasının Təhsil, Gənclər və İdman Nazirliyi arasında qurulan əlaqələri qeyd edən F.Qurbanov, eyni zamanda, Bakı Dövlət Universiteti ilə Çexiya universitetlərinin əməkdaşlıq əlaqələrinə də diqqət çəkib. BDU-nun Çexiyanın Masarik Universiteti, Kimya Texnologiyaları Ali Məktəbi, Palaski Universiteti və Karlov Universiteti ilə əməkdaşlıq etdiyini, bu ali təhsil müəssisələri ilə imzalanmış layihələrin nəticəsi olaraq tələbə-müəllim mübadiləsinin həyata keçirildiyini qeyd edən F.Qurbanov, 1960-cı illərdən etibarən iki ölkə universitetləri arasında təşkil olunan və əsasən təbiət fakültələrinin müəllim-tələbələrinin iştirak etdikləri yay məktəbləri ənənəsinin də davam etdiyini vurğulayıb.

BDU ilə Çexiyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında maraqlı olduğunu bildirən F.Qurbanov, ikili diplom, akademik mübadilə, elmi tədqiqatların birgə aparılmasının vacibliyini qeyd edib.

Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekert, öz növbəsində, xoş qarşılanmaya görə minnətdarlığını bildirib. Azərbaycan-Çexiya münasibətlərinin yüksək səviyyədə olduğundan razılıq ifadə edərək, ali təhsil müəssisələrimiz arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirib. Səfir ikili diplom, Çexiyada təhsil almaq, tədqiqat aparmaq istəyən tələbələr üçün viza prosedurunun sadələşdirilməsi, mədəniyyət, elm və tədqiqat sahələrində gənclərin mübadiləsi və qarşılıqlı əməkdaşlıq kimi layihələrə dəstək verən Beynəlxaq Viseqrad Fondu ilə əməkdaşlıq kimi məsələlərlə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsində maraqlı olduqlarını bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53 Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə...   20 Aprel 2019, 16:38 “Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ 20 Aprel 2019, 16:31 Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya 20 Aprel 2019, 16:21 Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR 20 Aprel 2019, 16:04 Şabranda 2576 it, 24019 iribuynuzlu heyvan… 20 Aprel 2019, 15:49 Keçmiş prezidentin intihar məktubu yayıldı 20 Aprel 2019, 15:43 Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib 20 Aprel 2019, 15:24 Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA 20 Aprel 2019, 15:01 “Ayaks”ın büdcəsinə milyonlar axır 20 Aprel 2019, 14:50 Gənc futbolçumuz "Seltik"in transfer hədəfində 20 Aprel 2019, 14:49 Qaramalın piroplazmoz xəstəliyindən necə qorunmalı? 20 Aprel 2019, 14:47 Sabaha olan HAVA PROQNOZU 20 Aprel 2019, 14:45 Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb 20 Aprel 2019, 14:31 ABŞ səfiri XİN rəhbərlərinin mümkün görüşününü alqışlayır 20 Aprel 2019, 14:22 Ruh da cövlan edərmiş 20 Aprel 2019, 14:19 Gözlər yoldan yığılarmı... - XV YAZI 20 Aprel 2019, 14:15 “Zəif Ukrayna rəhbərliyi Azərbaycan üçün əlverişli deyil” – Deputatların seçki GÖZLƏNTİSİ 20 Aprel 2019, 13:59 Baş Nazir “Orfoqrafiya qaydalarına dəyişiklikləri təsdiqlədi - Bu sözlərin yazılışı dəyişdi - SİYAHI 20 Aprel 2019, 13:40 Azercell İT mütəxəsissləri üçün təlimlərə başladı 20 Aprel 2019, 13:31 Gənc Prezidentlər Təşkilatının nümayəndələri Azərbaycanda - FOTOLAR 20 Aprel 2019, 13:22 Heydər Əliyevin tanımadan təşəkkür etdiyi tikinti rəhbəri 20 Aprel 2019, 13:22 Qaret Beyl mövsüm sonu Madriddən gedəcək 20 Aprel 2019, 13:13 Əfsanəvi Raqif Orucova həsr olunmuş “Komandir”in təqdimatı oldu - VİDEO 20 Aprel 2019, 13:09  “Aprel fədailəri” yad olundu 20 Aprel 2019, 13:08