Arxiv
11 Fervral 2019, 11:29 | AKTUAL
İran-Azərbaycan sərhədində İNSİDENT - sərhəd pozucusu güllələndi  

2019-cu ilin 11 fevral tarixində saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan Respublikası istiqa­mətində hərəkət edən 1 nə­fər naməlum şəxs müşahidə olunub.

Dövlət Sərhəd Xidmətindən Modern.az-a verilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozu­cusu təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq İran İslam Res­publikası istiqa­mətində geriyə doğru qaçıb.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində ölüb.

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilib.

Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan Res­pub­likasının vətəndaşı 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseyn­qulu oğluna məx­sus Azərbaycan Respublikasının ümum­vətəndaş pas­portu, hadisə yerinə ilkin baxış zamanı isə 1 ədəd gecə görmə cihazı aşkar olunub.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53 Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə...   20 Aprel 2019, 16:38 “Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ 20 Aprel 2019, 16:31 Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya 20 Aprel 2019, 16:21 Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR 20 Aprel 2019, 16:04 Şabranda 2576 it, 24019 iribuynuzlu heyvan… 20 Aprel 2019, 15:49 Keçmiş prezidentin intihar məktubu yayıldı 20 Aprel 2019, 15:43 Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib 20 Aprel 2019, 15:24 Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA 20 Aprel 2019, 15:01 “Ayaks”ın büdcəsinə milyonlar axır 20 Aprel 2019, 14:50 Gənc futbolçumuz "Seltik"in transfer hədəfində 20 Aprel 2019, 14:49 Qaramalın piroplazmoz xəstəliyindən necə qorunmalı? 20 Aprel 2019, 14:47 Sabaha olan HAVA PROQNOZU 20 Aprel 2019, 14:45 Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb 20 Aprel 2019, 14:31 ABŞ səfiri XİN rəhbərlərinin mümkün görüşününü alqışlayır 20 Aprel 2019, 14:22 Ruh da cövlan edərmiş 20 Aprel 2019, 14:19 Gözlər yoldan yığılarmı... - XV YAZI 20 Aprel 2019, 14:15 “Zəif Ukrayna rəhbərliyi Azərbaycan üçün əlverişli deyil” – Deputatların seçki GÖZLƏNTİSİ 20 Aprel 2019, 13:59 Baş Nazir “Orfoqrafiya qaydalarına dəyişiklikləri təsdiqlədi - Bu sözlərin yazılışı dəyişdi - SİYAHI 20 Aprel 2019, 13:40 Azercell İT mütəxəsissləri üçün təlimlərə başladı 20 Aprel 2019, 13:31 Gənc Prezidentlər Təşkilatının nümayəndələri Azərbaycanda - FOTOLAR 20 Aprel 2019, 13:22 Heydər Əliyevin tanımadan təşəkkür etdiyi tikinti rəhbəri 20 Aprel 2019, 13:22 Qaret Beyl mövsüm sonu Madriddən gedəcək 20 Aprel 2019, 13:13 Əfsanəvi Raqif Orucova həsr olunmuş “Komandir”in təqdimatı oldu - VİDEO 20 Aprel 2019, 13:09  “Aprel fədailəri” yad olundu 20 Aprel 2019, 13:08