“Ötən il əqli mülkiyyət hüquqları obyektləri barəsində daxil olmuş iddia sənədlərinin qanunvericilikdə müəyyən edilmiş qaydada ekspertizası və əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatına dair Əqli Mülkiyyət Agentliyinə ixtiraya dair 171, faydalı modelə dair 41 iddia sənədi, 16 beynəlxalq iddia sənədi (PCT) və 39 Avrasiya iddia sənədi daxil olub”.
Modern.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib. Onun sözlərinə görə, həmin müddətdə 119 müraciət daxil olub.
İddia sənədlərinin ekspertizası nəticəsində20 Avrasiya iddia sənədi, 14 PCT iddia sənədi, 145 müsbət nəticə haqqında bildiriş, 53 ilkin ekspertiza sorğusu, 5 iddia sənədi üzrə kargüzarlığın dayandırılması haqqında bildiriş, 2 baxılmaqdan imtina haqqında bildiriş, 14 müxtəlif növ bildiriş göndərilib, 182 axtarış aparılıb.
Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid Sazişi və ona dair Protokol çərçivəsində daxil olan bildirişlərin sayı 2639 olub. Hesabat dövründə 3041 iddia sənədi üzərində ekspertizası aparılıb. Onlardan 214 əmtəə nişanının qeydiyyatına dair ilkin imtina qərarları tərtib edilərək ÜƏMT-yə göndərilib. Yerli iddiaçılar tərəfindən əmtəə nişanlarının beynəlxalq qeydiyyatna dair 8 əmtəə iddia sənədi ilə müraciət daxil olub. Onlardan 4 əmtəə nişanının ilkin ekspertizası aparıldıqdan sonra ÜƏMT-yə göndərilib, 4 əmtəə nişanı hal-hazırda ilkin ekspertiza mərhələsindədir.
Haaqa sistemi vasitəsi ilə Sənaye nümunələrinin beynəlxalq qeydiyyatına dair 130 bildiriş sənədi daxil olub. Onlardan 111-nin üzərində ekspertiza başa çatdırılaraq müsbət qərar qəbul edilmişdir. 2 sənaye nümunəsinin qeydiyyatına dair imtina qərarı qəbul edilərək Beynəlxalq Büroya göndərilmişdir. Hal-hazırda 17 bildiriş üzrə ekspertiza işləri davam etdirilir.
2018-ci il ərzində Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinə 2973 müraciət və ərizə daxil olmuşdur. Sənaye mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində ixtiralara dair 64 patent qeydiyyata alınıb. Onlardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair 16 patent qeydiyyata alınıb. Onlardan 15-i milli, 1-i xarici hüquqi şəxslərə məxsusdur. Sənaye nümunələrinə dair 24 patent qeydiyyata alınıb. Onlardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur.
Müvafiq Dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb. Onlardan 720-si milli, 350-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub.
Coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 12 şəhadətnamə milli hüquqi şəxsin adına qeydiyyata alınıb.
Patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 246, şəhadətnamələrin qüvvədə olma müddətinin uzadılması barədə 586, əmtəə nişanlarına dair 270 və patentlərə dair dəyişikliklər edilməsi haqqında 5 bildiriş qeydiyyata alınıb, 11 dublikat, 38 çıxarış verilib, 670 bildiriş göndərilib.
Sənaye mülkiyyəti obyektləri üzrə 95 müqavilə qeydiyyata alınıb. Onlardan 82-si əmtəə nişanları üzrə hüquqların, 1-i ixtira üzrə hüquqların verilməsinə, 12-si əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.
İl ərzində 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 574 Şəhadətnamə verilib, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə müəlliflərin 21 müraciəti əsasında 16 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 16 Şəhadətnamə verilib. Bununla yanaşı, hesabat ilində 15 müqavilə qeydiyyatdan keçirilib. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2019-cu il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 12122 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 97 müəllifin 193 əsəri qeydiyyatdan keçirilib.
K.İmanov bildirib ki, ÜDM-də müəlliflik hüququna əsaslanan kreativ sənayenin payı getdikcə artmaqdadır. Son 10 ildə ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan kreativ sənayenin payı 2007-ci ildə 3,2%-dən 2018-ci ilin 1 yanvarına olan vəziyyətə görə 5,1%-ə çatıb və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir. 2017-ci ildə Azərbaycanda müəlliflik hüququna əsaslanan sahələrdə istehsalın həcmi 3549,1 mln. manat təşkil etmişdi.
Görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 25%-ə, audio-video məhsul bazarında 90%-dən 60%-ə, proqram təminatında 96%-dən 74%-ə düşüb.
Mədəniyyət nümunələrimizin ermənilər tərəfindən mənimsənilməsi cəhdləri davam edir.
Kamran İmanov bildirib ki, belə cəhdlərə qarşı “Armeniya” ərazisinin həqiqi sakinləri haqqında” Azərbaycan, rus və ingilis dillərində kitab hazırlanıb, erməni nümunələri kimi qələmə verilən xalq mahnılarımızın və müəllif əsərlərinin, o cümlədən “Aman Tello” xalq mahnısının Azərbaycan xalqına məxsusluğunu elmi, tarixi, etimoloji və hüquqi baxımdan təsdiq edən arayış hazırlanıb.
Bakıda YANĞIN - Bir ailədən 4 nəfər yandı, 1-i öldü
“Bütün elmi tətqiqatların son nəticəsi fermerlərə yönəlib”
Nohur balıqçılığı ilə bağlı suallar cavablandırıldı
BirBank istifadəçilərinin sayı 400 000-i keçdi
“Hökumət problemli kreditlərlə bağlı qərar verəcək” - Deputatdan xoş XƏBƏR
Ermənilər cəbhədə təxribat törətdi
SOCAR Gürcüstana satdığı qazı niyə bahalaşdırdı? - Şirkətdən AÇIQLAMA
“5 dəqiqəyə ABŞ-ın idarəetmə sistemlərini məhv edərik” - Kontr-admiral HƏDƏLƏDİ
Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdi
Məzahir Süleymanzadəyə ağır itki üz verdi
Banqladeşdə yanğın nəticəsində 81 nəfər ölüb
“50 min mənzilə çıxarış veriləcək” - Deputat prezidentin sərəncamından DANIŞDI
AvroLiqada 1/16 final - Bu gecə 15 görüş keçiriləcək - TƏQVİM
Çempionlar Liqasında 1/8 final: “Atletiko” və “Mançester Siti”dən qələbə
Deputat: “Smartfon telefonlar çox ailələri dağıdır” - MÜSAHİBƏ
“Sənan haqqında sağlığında olduğu kimi danışırıq” - Şəhid polkovnik-leytenantın XANIMI+FOTOLAR
Manat bu gün hansı məzənnədə olacaq?
Dünyada ilk qatlanan ekranlı smartfon
Azərbaycanda Kiçik çillə başa çatdı
“Humanist addımlar Əli İnsanova da şamil oluna bilər” - Deputat
Azərbaycanın Avropada tanıdılmasının peşəkarı - Hüquq müdafiəçisi yazır
Azərbaycanda qaz hasilatı artır
Zəlzələ Türkiyəni silkələdi
Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi
Bu komanda Avropa Liqasının 1/8 finalında - VİDEO
Türkiyə ilə Avropa Birliyi müzakirələri təxirə salındı - RƏSMİ
Canavarlar Şəkiyə hücum etdi
Aşıqlardan Kəramətə cavab: “O, şəxsiyyətsiz adamdır, qanı qarışıqdır”
Erməni nazir tualetdən canlı yayım etdi - VİDEO
Agentlik sədri canlı yayımda Balakən sakinini işə dəvət etdi
Azərbaycan hərbiçilərinin Koreya hərbi məktəblərində təhsili müzakirə olundu
Azərbaycan “Ümumdünya Radiorabitə Konfransı”nda təmsil olunur
Ata qızı ilə birlikdə Paşinyana görə özünü yandırdı
Türkiyədə hərbi kazarmada partlayış: 5 yaralı
Marsa pilotlu ekspedisiya 2030-cu ildə reallaşa bilər
“ASAN xidmət” modeli daha 8 ölkədə
Xəzərlə bağlı saziş layihəsinin bir sıra müddəaları razılaşdırılıb
Əhalinin bir ayda qazancı 3,8 milyard manat olub
Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
Türkiyə Rusiyadan S-400 komplekslərini almaqdan imtina etməyəcək
Netanyahu Rusiya səfərini təxirə saldı
Bütün Avropa Qarabağ deyəcək
Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tamaşanın premyerası keçiriləcək
Bakıda naməlum şəxslər taksi sürücüsünü qarət etdi
İsa Muğannanın nəvəsi dövlət qulluğuna qəbul oldu
Ərdoğan: Ermənilər Türkiyəyə ona görə gəliblər ki...
AMEA magistraturalarına qəbul üçün müsahibə mərhələsi ləğv olunub
Tramp demokrat rəqibini “dəlisov” adlandırdı
Bakı Meriyası Milli Şuranın mitinqinə icazə vermədi
Qərbi Kaspi Universiteti beynəlxalq konfrans keçirəcək
Şərh yaz